İspaniyanın Marinaleda şəhərində polis, cinayətkarlıq və işsizlik yoxdur. Burada cəmi 1000 insan yaşasa da, onlar özlərinin şəxsi sosial-demokratik utopiyalarını yarada bilmişlər.
Yerli əhali özlərinin bütün nailiyyətlərini öz merləri Xuan Manuel Sançes Gordiloya borcludur. 2008-ci ildə maliyyə böhranının ən qızğın vaxtında o qiymətlərin baha olduğu ərzaq mağazalarına vətəndaşların reydini təşkil edir. O ərzağın və digər lazımli şeylərin hər kəsə bəs etdiyi bir şəhər yaratmışdı.
O mer olduqdan sonra şəhərdə demək olar ki, bütün şəhər əhalisinin zəhmət çəkdiyi kənd təsərrüfatı kooperativi yarandı. Gəlir insanlar arasında bərabər şəkildə bölünür və hər ay hər hər kəs 1200 avro qazana bilir. Özünə ev tikmək istəyən çəxs isə bələdiyyəyə müraciət etməli və müvafiq saziş imzalamalıdır.
Əgər evin ərazisi 192 kvadrat metrdən az olarsa şəhər rəhbərliyi tikintini öz hesabına edir.
Yeganə şərt həmin şəxsin qalan ömrü boyu rəhbərliyə ayda 15 avro ödəməkdir. İcma tərəfindən tikilmiş evi isə yalnız bələdiyyəyə satmaq mümkündür.