İtaliyanın Baş naziri Mario Dragi sabah Türkiyəyə səfər edəcək.
O, ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.
Liderlərin bir sıra beynəlxalq və regional məsələləri müzakirə edəcəkləri gözlənilir. Onlar Ukrayna ilə Rusiya arasında davam edən müharibə, qida təhlükəsizliyi, iqlim dəyişikliyi kimi məsələlər barədə fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, sabah Türkiyə ilə İtaliya arasında üçüncü hökumətlərarası Zirvə toplantısı keçiriləcək.