Mark Carney İngiltərə Bankının başçısı olaraq 2020-ci ilin fevralına qədər qalacaq

0

Mark Carney, İngiltərə Bankının rəhbəri olaraq 2020-ci ilin yanvar ayının sonuna qədər qalacaq.Bu barədə məlumatı İnglis millət vəkillərinə İngilis kansleri Philip Hammond verib.

Onun sözlərinə görə, Carneyin səlahiyyətlərinin müddətinin uzadılması Böyük Britaniyanın Aİ-dən (Brexit, 2019-cu ilin martında keçiriləcək) asta-asta çıxmasını təmin etməyə kömək edəcəkdir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Carney, bu dövrdə İngiltərənin iqtisadiyyatının davamlılığını təmin etmək üçün vəzifəsində qalmağı qəbul edib, Hammond qeyd edib.

Daha əvvəl elan edildi ki, Carney 30 iyun 2019-cu ildə təqaüdə çıxacaq, bu isə onun səlahiyyətlərinin bitmə müddətinin sona çatmasından iki il əvvələ və rəsmi Brexitdən bir neçə ay sonraya tuş gəlir. Sentyabrın əvvəlində Mark Carney Brexitin hər hansı potensial nəticəsini azaltmaq və Britaniya hökumətinə kömək etmək üçün Britaniya hökümətinin başında qalmağa hazır olduğunu söylədi.