15 C
Baku
Saturday, April 20, 2024

Mark Çukerberqin sərvəti ilk dəfədir 100 milyard dolları keçib

Dünyanın ən zəngin adamlarından biri, “Facebook” şəbəkəsinin qurucusu Mark Çukerberqin sərvəti ilk dəfədir ki, 100 milyard dolları keçib. Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat verib.

“Bloomberg Billionaires Index” (BBI) indeksinə əsasən, “Amazon” şirkətinin rəhbəri Ceff Bezos və “Microsoft”un icraçı direktoru Bill Qeyts də 100 milyard dollardan çox sərvətə sahibdirlər.

Qeyd edək ki, son bir il ərzində Çukerberq sərvətini 22 milyard dollar, Bezos isə 75 milyard dollar artırıb.

Agentlikdən verilən məlumata görə, Çukerberqin kapitalı “TikTok”a rəqib olan xidmətin istifadəyə verilməsindən sonra artıb. Xatırladaq ki, avqustun 5-də “Facebook” dünyanın 50-dən çox ölkəsində “Reels” xidmətini işə salıb.

Son xəbərlər
Digər xəbərlər