25 C
Baku
Saturday, July 27, 2024

Mark Kuban: “Özünüzü tərpədin”

Mark Kuban – istənilən insanı innaılmaz böyük işlər görməyə ilhamlandırmaq qabiliyyətinə sahib bir insandır. Milyarder “Dallas Maveriks” basketbol komandasının sahibi, inanılmaz dərəcədə ağıllı və uzaqgörən bir şəxsdir. Aşağıda təqdim etdiyimiz sitatlar bir daha sübut edir ki, ağır zəhmət və məqsədyönlülük son nəticədə həqiqətən də qalib gəlir.

 “Elə işləyin ki, sanki bir yerlərdə birşəxs 24 saat ərzində dayanmadan işləyir və sizi geridə qoymaq niyyətindədir”:

Hər şeyin başlanğıcı olduğu kimi sonu da var. Bu sizin işlərinizə də aiddir. Heç kəs sizi taleyinizin daha sonradan necə olacağı barədə fikir bildirə bilməz. Yadda saxlayın ki, təslim olduğunuz an, bu işi sizdən daha yaxşı görməyə hazır dayanmış bir şəxs vardır. Bu səbəbdən də hər nə olursa olsun təslim olmayın və gücdən düşməyin. Bu xəyali hazırlıq daim sizə öz rəqiblərinizi geridə qoymağa kömək edəcək.

“Yalnızca arzulamayın, bunu edin!”:

Biz uşaq və gənc olarkən bizə daim arzulamağa davam etməli olduğumuzu xatırladırlar. Lakin sadəcə arzulamaq kifayət deyil. Arzunuzu həyata keçirməyə cəhd etməlisiniz. Bunu sizin əvəzinizdə kiminsə edəcəyini gözləmək nə dərəcədə düzgündür?!

Arzular – sadəcə bizim düşüncələrimizdir, nə az, nə çox. Bizim davranışlarımız isə dünyada müəyyən şeyləri və ümumiyyətlə dünyanı dəyişməyə qadirdir.

Həkim olmağı arzu edirsiniz? Tibb universitetinə daxil olun, sonrası isə öz əlinizdədir. Yazıçı olmaq istəyirsiniz? Alınana, yazılarınız bir naşir tərəfindən bəyənilib nəşr edilənə qədər yazmağa davam edin. Bizim davranışlarımız təsəvvür etdiyimizdən daha artıq şəkildə həyatımıza təsir edir. Əgər bütün zamanınızı sadəcə arzulayaraq keçirsəniz, hər hansı bir dəyişiklik etməyə nail olmayacaqsınız.

 “Stəkanın yarıya qədər dolu, yaxud boş olmağının əhəmiyyəti yoxdur. Əsas olan oraya suyu sizin tökməyinizdir”:

Həyatınızın nə dərəcədə problemli olmağından asılı olmayaraq emosiyalar, qərarlar və ətraf mühitə baxış haqqında əsas qüvvə sizə məxsus olacaq. Bu səbəbdən də həyatınızın nə qədər boş və yaxud dolu olmağına çox da ilişib qalmağın əhəmiyyəti yoxdur. Yadda saxlayın ki, bir fakta inanmaq çox vacibdir ki, stəkana nə qədər suyun tökülməsinə qərarı məhz özünüz verirsiniz. İşdə növbəti uğursuzluğa, sevdiyiniz insanın xəyanətinə və yaxud yaxın insanın ölümünə olan reaksiyanız stəkanı boş olaraq görməyə səbəb ola bilər. Lakin əslində stəkanda nə qədər suyun olduğuna qərarı siz verirsiniz.

 “İnsanların hər hansı bir işi həmişə edildiyi, keçmişdən qəbul edildiyi şəkildə etdiyini, daim eyni yolda hərəkət etdiklərini və yolu dəyişmək barədə düşünmədiklərini gördükdə anlayıram ki, bu onlarla iş qurmamağım üçün bir əlamətdir”:

Həyat çox asanlıqla monoton, təkrar və adi xarakter ala bilər. Və bu rutin bizi asanlıqla öz cənginə ala bilər. Yeni imkanlar axtarın, hətta onlar sizin rahatlıq zonanızdan çıxmağa məcbur etsələr belə. Risk edin! Sizi mütəmadi olaraq dəyişməyə, inkişaf etməyə və belə desək ixtisas təkamülü keçirməyə məcbur edən iş tapın! Özünüzü yenilik sevən və köhnəlikdən qaçan insanlarla əhatə edin. Həyat onu başqaları kimi olmaqla keçirmək üçün çox qısadır. İstədiyiniz kimi olun və sizə nifrət edəcəkləri sizi qorxutmasın.

“Hər bir “Yox” məni növbəti “Bəli”-ə yaxınlaşdırır”:

Bizlərdən bir çoxumuz “yox” cavabı aldıqda uğursuzluğa düçar olduqlarını düşünürlər. Biz bu cavabı müxtəlif formalarda eşidə bilərik: imtahanda, iş müsahibəsində və yaxud “səndə heç nə alınmayacaq” qismində. Bu 3 hərfli söz təslim olmağımıza kifayət edir. Lakin “yox” hələ uğursuzluq demək deyil. Bu arzusunda olduğunuz “Bəli” cavabını eşitmək üçün növbəti bir imkandır. Heç vaxt imkan verməyin ki “Yox” sizi seçdiyiniz yoldan geri döndərsin. Eşitdiyini hər bir “Yox” cavabı sizin tarixçənizin bir hissəsidir və siz buna rəğmən işləməyə davam etsəniz o sizi gec və yaxud tez sizi arzusunda olduğunuz “Bəli” cavablarından daha üstün bir nəticəyə gətirib çıxaracaq.

Son xəbərlər
Digər xəbərlər