10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

Mark Menson: Qeyri-müəyyənlik qorxusundan necə qurtulmaq olar?

2020-ci ilin yazında hamımız insanın qeyri-müəyyənliklə mübarizə qabiliyyətinin möcüzələrini gördük. İlk başlarda pandemiya bizə virus, həkimlər, siyasətçilər və ölkələr haqqında dəhşətli fikirlər gətirdi. İnsanlar fərqli şəkildə reaksiya göstərdi. Bəziləri həyəcan siqnallarını xaricə yönəltdi, buna görə cinayətlərin sayı artdı, bütün dünyanı etirazlar bürüdü. Digərləri isə əksinə, daxilə qapandı. Nəticədə, intihar və depressiya halları artdı. İnsanlar narahatlıq keçirirdilər və sözün əsl mənasında dəli olurdular. Kimsə fikirlərini yayındırmağa çalışdı. Video oyunlar, alkoqol, narkotik maddələr – bunlar mənfi enerjini “atmağa” kömək edən əsas vasitələrdir.

Deyəsən, pandemiyalar bəşəriyyətin ən böyük psixoloji zəifliyini – qeyri-müəyyənlik qarşısında qorxunu aradan qaldırmaq üçün mükəmməldirlər.

Nəticənin necə olacağını başa düşə bilmədiyimiz zaman riskə gedirik. Və qeyri-müəyyənlik həyatımızda böyük yer aldığından, risk həmişə var. Onun potensial müsbət və mənfi cəhətlərini düzgün şəkildə ölçə bilmək vacibdir. Belə ki, qeyri-müəyyənlik idarəolunan görünürsə, biz də yavaş-yavaş sakitləşirik.

Risk edib nə itirəcəyimizi bilmədiyimiz zaman – yəni qeyri-müəyyənlik böyük olduqda və riskin müsbət və mənfi tərəflərini hesablamaq mümkün deyilsə – Ağlımızda qısa qapanmalar baş verir və biz özümüzlə nə edəcəyimizi bilmirik. Belə hallarda heyvan instinktləri işə düşür və ən pisini düşünməyə başlayırıq. Bütün mühitimizi təhdid kimi qəbul edirik.

Qeyri-müəyyənlik qorxusu ruhi xəstəliklərə və güclü mənfi hisslərə səbəb ola bilər. Bu bizi yanlış maliyyə qərarları verməyə, zəif fəaliyyət göstərməyə və özümüzü bədbəxt hiss etməyə məcbur edir. Qeyri-müəyyənlik qorxusu bütün mədəniyyətə yayıldıqda, doqmatizmin və avtoritarizm ortaya çıxır. Cəmiyyət toplum olaraq qeyri-müəyyənlikdən qorxduqda, insanlar qayığı silkələmək əvəzinə hakimiyyətə tabe olmağa başlayır.

Lakin qeyri-müəyyənlik – illüziyadır. O, həyatda çox azdır, bəlkə də heç yoxdur. Buna görə həyatımızı nizama salmaq üçün çox çalışırıq – cədvəllər hazırlayırıq, vərdişlər və qaydalar formalaşdırırıq, onlara əməl edirik. Bəzən nizam-intizama riayət etmək istəyi həddini açır. Məsələn, pandemiya zamanı bir çox insan nəyin baş verdiyini “dəqiq bildiyini” hesab etdi.  Bəziləri virusu “şiddətli qrip” kimi qiymətləndirdi, digərləri isə dünyanın əbədi dəyişəcəyinə, hətta ümumiyyətlə mövcudiyyətini dayandıracağına inanırdı!

Həqiqət isə var idi – indi də var – biz sadəcə nəyin baş verdiyini bilmirik.

Sağlam və xoşbəxt olmaq üçün qızıl ortanı tapmaq lazımdır. Biz dünyada qeyri-müəyyənliyin mövcudluğunu qəbul etməliyik, çünki o bizə öyrənmək və adaptasiya olmaq imkanını verir. Bununla yanaşı, təhlükəsizlikdə olduğumuzu hiss etmək üçün nə baş verdiyini başa düşdüyümüzü göstərməliyik. Əsas sual budur: bu balansı necə əldə edək?

1. Mənfi emosiyalarla sakit davranın

Qəzəbinizi görməməzliyə vurduğunuz zaman, o, ən uyğunsuz vaxtda üzə çıxır və partlayış baş verir.

Valideynlərinizə qarşı olan küskünlüyü görməməzliyə vurduğunuz və özünüzü yaxşı göstərməyə çalışdığınız zaman, o yara daha da böyüyür və ömür boyu olmasa da, illərlə sizi incidir.

Mobil telefondan istifadə və qeyri-müəyyənliyin səbəb olduğu narahatlıq arasında əlaqə var. Alimlər telefonunuzda gizlənərək gerçəklikdən qaçmağa çalışdığınız zaman qeyri-müəyyənlik qorxusunun azaldığını müəyyən ediblər. Lakin təcrübəniz az olduqda, sonrakı halların öhdəsindən gəlmək çox çətin olur.

İstəsəniz, immunitetlə analogiya qura bilərsiniz. Həyatınızda heç vaxt infeksiyalarla qarşılaşmasaydınız, immunitet sisteminiz onlarla mübarizə apara bilməzdi. Axı, o nə etməli olduğunu bilmir! Buna görə qeyri-müəyyənliyə qarşı davamlılığı müntəzəm olaraq yoxlamaq lazımdır.

2. Yeni vərdişlər və rituallar inkişaf etdirin

Həyatınızı idarə edə biləcəyiniz sahələrdə iradə gücündən istifadə etsəniz, qeyri-müəyyənliyin öhdəsindən gəlmək daha asan olacaq. Məsələn, həyatın ən vacib sahələrində vərdişlər və rituallar inkişaf etdirməklə, sabitlik və tarazlıq hissini əldə edəcəksiniz.

Buna baxmayaraq, sabitlik və tarazlıq – əminlik demək deyil. Məsələn, tədqiqatlar iradə gücünün ətraf mühitdən daha az önəmli olduğunu göstərir. Siz dondurma və ya tort yemək istəyini idarə edə bilmirsiniz, amma ərzaq mağazasındakı alış-verişinizi özünüz müəyyən edirsiniz. Bir sözlə, sağlam olmayan yeməklə almasanız, tort və ya dondurma yemək ehtimalı çox az olacaq.

3. Kreativ işlərlə məşğul olun

Qeyri-müəyyənliyə qarşı daha tolerant münasibət yaradıcı yanaşma ilə əlaqələndirilir. Ya qeyri-müəyyənliyə dözümlülük insanı daha yaradıcı edir, ya da yaradıcılıq qeyri-müəyyənliyin öhdəsindən gəlməyə kömək edir – bilmək olmur.

Bir şey sizin üçün yenidirsə, mütləq qaydada qeyri-müəyyənliklə üzləşəcəksiniz. Belə ki, səylərinin nə ilə nəticələnəcəyini bilmirsiniz, uğur əldə edəcəyinizə əmin deyilsiniz. Beləliklə, yaradıcı insanların qeyri-müəyyənliyə qarşı daha loyal olduğunu söyləmək olar.

Hər bir yaradıcı iş qeyri-müəyyənlik haqqında sualdan və onun cavabını axtarıb tapmağa çalışmaqdan başlayır.

Qeyri-müəyyənliklə bağlı yeni imkanlar

Qəribə bir dövrdə yaşayırıq: indi hər zamankindən daha çox məlumata sahibik, lakin bu məlumatlar qarışıqdır və çox vaxt daha böyük qeyri-müəyyənliyə səbəb olur.

Hər şeyi öyrənə biləcəyimiz əslində güvən hissini formalaşdırmalıdır. Lakin problem ondadır ki, nə öyrənsəniz də, bunun doğru olmadığını söyləyən insanlar həmişə olacaq. Bu səbəbdən qeyri-müəyyənlikdən qurtulmaq ehtiyacı 21-ci əsrin əsas probleminə çevrilir. Sosial dəyişikliklər nə qədər çox sürətlidirsə, qarışıqlıq və qeyri-müəyyənlik hissi bir o qədər güclənir. Buna görə də, qeyri-müəyyənlik qorxusunun öhdəsindən gəlmək və ona qarşı dözümlü olmağı öyrənmək vacibdir.

 

Son xəbərlər
Oxşar xəbərlər