17 C
Baku
Bazar ertəsi, Sentyabr 27, 2021

Mark Menson: “Zəhərli” mükəmməlliklə necə mübarizə aparmaq olar

Screen Shot 2021 09 02 at 14.34.20

Blogger və yazıçı Mark Menson mükəmməl olmağın yeganə faydalı yolu haqqında:

Mənim hər fürsət düşəndə mükəmməl biri olduğunu deyən bir dostum var. O, bununla fəxr edir. Əgər bir şey gözündə “səhv” görünürsə, onu reflektiv şəkildə dərhal düzəltməyə çalışır. Dostum özünə və başqalarına qarşı çox yüksək standartlar qoyur. Bunun sayəsində uğur qazansa da, bir çox problemlərlə qarşılaşır.

O, özünə qarşı sərt olduğunu bilir, amma bunun təkmilləşmək istədiyi üçün baş verdiyini söyləyir. Başqalarına qarşı sərt olduqda, bunun məhəbbətdən irəli gəldiyini hesab edir. Dostum ona qarşı laqeyd olmayan insanların həyatda uğurlu olmasını istəyir.

Ancaq bütün bunların digər tərəfi də var: davamlı olaraq yüksək standartlara riayət etmək və mükəmməlliyə can atmaq üçün israr edən biri üçün, o, həyatda çox az şeyə nail oldu.

Dostum layihələr üzərində aylarla işləyir, çünki onları hələ “tamamlanmamış” hesab edir. Nəticədə demək olar ki, hamısından imtina edir, çünki bir anda bu və ya digər layihənin əsla düşündüyü kimi olmayacağını başa düşür.

O özünü həftələrlə, aylarla, hətta illərlə ya işi bitirə bilmədiyinə görə, ya da “ümidsiz” layihəyə vaxt itirdiyinə görə danlayır. Onun ömrünün bir hissəsi niyyət, plan və inkişaf axınında keçsə də, heç bir nəticə verməyib.

Mükəmməllik paradoksu

Məni düzgün başa düşün, mən sizə “plankanı aşağı endirin” demirəm. Əslində, düşünürəm ki, mükəmməlliyin həm peşəkar, həm də şəxsi həyatda öz yerinin olduğunu düşünürəm (bu barədə bir azdan danışacağıq).

Lakin bunun gülməli tərəfi odur ki, mükəmməl insanlar onların məntiqsiz davranışlarına işarə edənlərdən uzaq durmağa çalışırlar. Bu, onların başqalarını ağılsız hesab etdikləri üçün baş verir və yüksək standartların yan təsiri kimi qiymətləndirilir. Bir sözlə, heç kim dinlənilməyə layiq deyil.

Həyatının bütün sahələrinə mükəmməl olmağa can atan dostum mənə indiki işində çıxılmaz vəziyyətdə olduğunu söylədikdə, ona bu problemin həlli yolunu təklif etdim. O, mümkün olan bütün variantları “nəzərdən keçirdiyini” və heç bir halda “güzəştə getməyə hazır olmadığını dedi. Bu, altı ay davam etdi. Və heç nə düzəlmədi.

Amazon-un qurucusu Ceff Bezos səhmdarlara yazdığı məktubda ən yaxşı qərarların insanın ehtiyac duyduğu məlumatların 70%-nə sahib olduqda verildiyini etiraf etmişdir. Onun sözlərinə görə, əgər bu 70%-dən azdırsa, qərarınız səhv olacaq. Əgər 70%-dən çoxdursa, çox güman ki, yekun nəticəni dəyişdirməyəcək bir şeyə vaxt itirirsiniz.

Bezosun “70% qaydası” bir çox şeyə tətbiq edilə bilər. Məsələn, yazıçılıq sahəsində mətnin 70%-nin planlaşdırdığım nəticəyə uyğun olduqda, onu redaktora göndərmək olar.

Əsas mahiyyət ondan ibarətdir ki, son 30-%-i hər zaman doldurmaq mümkündür. Unutmayın ki, oturub gözləməyin mənası yoxdur, çünki düşündüyünüz 100% heç vaxt olmaya bilər.

Adaptiv və toksik mükəmməllik

Özünü mükəmməl hesab edən insanların eyni olmadığını başa düşmək vacibdir.

Yüksək standartlar və hədəflər qoymaqda pis bir şey yoxdur. Siz çox çalışmalısınız, həyatda əldə etmək istədiyiniz şeylər üçün əziyyət çəkməlisiniz. Lakin adaptiv mükəmməlçilik ( idealın əlçatmaz olduğunu qəbul etmək və ona çatmağa can atmaq) və toksik mükəmməlçilik (hər şeydə ideal olmaq istəmək və ondan aşağı nəticəni qəbul etməmək) arasında böyük fərq var.

Beləliklə, mükəmməlçiliyin müxtəlif olduğu öyrəndik.

Özünə yönəlmiş mükəmməllik

Bəzi “mükəmməl insanlar” özlərinin müəyyən etdiyi yüksək standartlara riayət edirlər. Əgər onlar işlərin plana uyğun getmədiyi zaman davranışlarını idarə etməyi bacarırlarsa, burada pis bir şey yoxdur. Lakin çoxları “qaynayır”, səhvləri ilə barışa bilmir və özünü günahkar hiss edir.

Onları “özünə yönəlmiş mükəmməlçilər” adlandırmaq olar.

Başqalarına yönəlmiş mükəmməllik

Digər mükəmməlçilər başqalarına qarşı yüksək standartlar müəyyən edirlər. Və bu o qədər də pis olmazdı, əgər onlar bu standartlarla digər insanları motivasiya etsəydilər. Reallıqda isə hər şey fərqlidir.

Məsələn, mikromenecment haqqında çox düşünən, heç bir işçinin düzgün qərar verə bilmədiyini düşünən və daim hamıya nəzarət etməyə çalışan müdirinizi xatırlayın.

Onu “başqalarına yönəlmiş mükəmməlçilər” adlandırmaq olar.

Qüsurlu dünyada mükəmməllik

Əlbəttə ki, mükəmməlliyin bu iki növü bəzən kəsişə bilər. Özünə yönəlmiş mükəmməlçi həm özünə, həm də başqalarına qarşı yüksək standartlar müəyyən edir. Başqalarına yönəlmiş mükəmməlçilər isə fikirlərini ətrafdakı dünyaya tətbiq etməyə çalışır. Hər iki halda özünə və başqalarına yönəlmiş mükəmməlçi oxşar davranış tərzinə sahibdir.

Problem ondadır ki, çox vaxt “mükəmməllik” və reallıq bir-birinə uyğun gəlmir. Bir daha təkrar edim: yüksək standartlarda pis bir şey yoxdur. Lakin mükəmməlçilər adətən ağ-qara düşüncə tərzinə sahibdirlər: “ya hər şey, ya da heç bir şey”.

Real həyat isə ağ və qara arasında olan “boz zolaqda” keçir. Bəs mükəmməlliyə qarşı necə mübarizə aparmaq olar?

Bunu etmək üçün təyin etdiyiniz yüksək standartların sizə dolğun həyat yaşamağa imkan vermədiyini görməlisiniz.

 

 

 

 

 

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər