6 C
Baku
Sunday, December 15, 2024

Mark özünü “ən yaxşı rəhbər” sayır

Facebook şirkətinin təsisçisi Mark Zuckerberg düşünür ki, 87 milyon istifadəçinin məlumat oğurluğu qalmaqalına baxmayaraq o, Facebook üçün ən yaxşı rəhbər olaraq qalır. Zuckerberg bu barədə jurnalistlərlə müsahibəsində qeyd edib. Xəbəri isə Techcrunch saytı yayıb. Jurnalistlərdən biri Zuckerberg-ə sual verib ki, o özünü hələ də Facebook-un ən yaxşı rəhbəri hesab etməyə davam edirmi?

Zuckerberg isə öz növbəsində bu cür cavab verib: “Bəli. Düşünürəm ki, həyat səhvlərdən nəticə çıxardaraq irəi getməyə sövq edən yeni şeylərin axtarışı imkanını verir”. Zuckerberg-in, şirkətin direktorlar şurasının onun işdən azad edilməsi barəsində müzakirə edib-etməməsi üzrə xəbəri yoxdur. Bununla yanaşı qeyd etmək lazımdır ki, səhmdarlardan biri olan Scott Stringer, Zuckerberg-in CEO vəzifəsindən getməsini tələb edib.

Scott-un idarəsində olan fondlar şirkət səhmlərinə 1 milyard dollar vəsait yatırıblar. Zuckerberg müsahibəsində qeyd edib ki, şirkət idealistik və optimistik baxış tərzi ideologiyasını dəstəkləyir. Onun sözlərinə görə şirkət sosial şəbəkənin zərər vermək məqsədli istifadəsini öncədən görə və bunun qarşısını ala bilmədi. “Biz öz məsuliyyətliyimiz məsələsinə yetəri qədər diqqət ayırmadıq. Bu çox böyük səhv idi. Bu mənim səhvim idi” – deyə Zuckerberg əlavə edib.

Son xəbərlər
Digər xəbərlər