6 C
Baku
Sunday, December 15, 2024

Mark Zukerberq ilin əvvəlindən $71 mlrd. itirib

“Meta Platforms”un baş direktoru Mark Zukerberqin sərvəti ilin əvvəlindən demək olar ki, iki dəfə – 71 milyard dollar azalıb. Hələ 2020-ci ildə CEO-nun varidatı 106 milyard dollar, 2021-ci ildə isə 142 milyard dollar olaraq qiymətləndirilib.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Ümumilikdə, dünyanın 500 ən zəngin adamının sərvəti 2022-ci ilin birinci yarısında 1.4 trilyon dollar azalıb. Xüsusilə, “Tesla” və “SpaceX”in təsisçisi İlon Mask çox itki verib – 5.4 milyard dollar. “Louis Vuitton Moët Hennessy” konqlomeratının sahibi Bernar Arno təxminən 4.5 milyard dollar, “Amazon”un qurucusu Ceff Bezos isə 6.5 milyard dollar itiriblər.

Son xəbərlər
Digər xəbərlər