11 C
Baku
Thursday, November 14, 2024

Mark Zukerberq prezidentliyə namizəd olacaqmı?

“Facebook”un yaradıcısı və rəhbəri Mark Zukerberq ABŞ prezidentliyinə namizəd olacağı barədə yayılan söz-söhbətə münasibət bildirib.

M. Zukerberq “BuzzFeed”in bu barədə sualına birmənalı cavab verib: “Yox”.

O, hazırda sosial şəbəkənin və “Chan Zuckerberg Initiative” fondunun işləri ilə məşğul olduğunu deyib.

M. Zukerberqə yaxın mənbə də onun prezidentliyə namizəd olacağı barədə məlumatların əsassız olduğunu vurğulayıb.

Qeyd edək ki, M. Zukerberq il ərzində ABŞ-ın bütün ştatlarına səfərlər edəcəyini açıqlayıb. Bu açıqlama onun prezidentliyə namizəd olmağa hazırlaşdığı barədə şayiələrin yayılmasına səbəb olub.

MənbəLent.az
Son xəbərlər
Digər xəbərlər