15 C
Baku
Saturday, April 27, 2024

Mark Zukerberqin sərvəti bir gündə $11 mlrd. azalıb

Mark Zukerberqin sərvəti cümə axşamı günü gəlirlərin azalması ilə bağlı hesabat fonunda “Meta” səhmlərinin demək olar ki, 25% dəyər itirməsindən sonra bir gündə 11 milyard dollar azalıb. Oktyabrın 28-i səhər saatlarına olan məlumata görə, Zukerberqin sərvəti 36 milyard dollar dəyərində qiymətləndirilir, milyarder “Forbes Real-Time” reytinqində dünyanın ən zəngin adamları siyahısında 25-ci yerdən 29-cu yerə düşüb.

Banker.az bu barədə “Forbes”a istinadən xəbər verir.

Xatırladaq ki, cümə axşamı ticarətin bağlanışına qədər “Meta” səhmləri 24.6% azalaraq 97.94 dollara düşüb ki, bu da 2016-cı ilin dekabrından bəri ən aşağı səviyyədir.

“Forbes” xatırladır ki, pandemiya zamanı “Meta” səhmləri kəskin bahalaşıb – 2021-ci il sentyabrın 7-də zirvədə onların qiyməti 382.96 dollara çatıb. İlin əvvəlindən bəri “Meta”nın səhmlərinin qiyməti 74% azalıb, Zukerberq isə təxminən 100 milyard dollar itirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər