14 C
Baku
Thursday, May 2, 2024

Mark Zukerberqin sərvəti il ərzində $54 mlrd. artıb

Bu gün Zukerberqin sərvəti 174 milyard dollar, İlon Maskınki isə 190 milyard dollardır. Zukerberq 2020-ci ilin noyabr ayından “Tesla”nın baş direktorundan geridədir. O, gəlirinin böyük hissəsini “Facebook”, “Instagram” və “WhatsApp”a sahib olan “Meta” şirkətindəki 13% payından əldə edir. Ümumilikdə, il ərzində milyarder 54 milyard dollar varlanıb.

Keçən il Mask və Zukerberq rəqabətlərini gücləndirməyə çalışdılar. Bir anda iki milyarder hətta fikir ayrılıqlarını güc vasitəsilə həll edəcəklərinə söz verdilər. Lakin döyüş dəfələrlə təxirə düşüb.

Mark Zukerberq bu yaxınlarda Havaydakı rançosunda “Wagyu” və “Angus” inəkləri yetişdirməyə başladığını açıqlayıb. O, həmçinin onlara rançoda istehsal olunacaq makadamiya qoz-fındıqları və pivə verəcəyini söyləyib. “Morning Brew Daily” podkastının bir hissəsində Zukerberq bu pəhrizin səbəbini açıqlayıb. O, “dünyanın ən keyfiyyətli ətini istehsal etmək istədiyini” deyib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər