16 C
Baku
Monday, November 24, 2025

Marketin yerləşdiyi bina 1 mln. manata satışa çıxarılıb

Xırdalanda yerləşən market kimi fəaliyyətdə olan 411qeyri-yaşayış sahəsi 1 mln. Manata hərraca çıxarılıb.

Banker.az xəbər verir ki, hərracda onun ilkin bazar dəyəri kimi 1,150,000 manat müəyyən edilir. Həttac 8 dekabr 2025-ci ildə yekunlaşacaq.

Bununla belə dövlətin hərrac portalında qeyri-yaşayış sahəsi üçün ilkin qiymət 977,500 manat müəyyən edilib.

Hazırda bu sahədə “ANC GROUP” MMC-nin tərkibində fəaliyyət göstərən “Rahat” supermarketin mağazası fəaliyyətdədir.

Qeyri-yaşayış sahəsi Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanındadır.

Xatırladaq ki, herrac.gov.az-dakı hərraclarda dövlətə keçmiş əmlakların açıq satış prosedurudur. Müsadirə olunmuş, sahibsiz qalmış və ya vərəsəsiz dövlət mülkiyyətinə düşmüş əşyalar onlayn platformada satılır.

Son xəbərlər
Digər xəbərlər