2 C
Baku
Saturday, December 14, 2024

Marketinq Departamentinin Direktoru – Rabitabank OJSC

Rabitəbank Marketinq Departamentinin Direktoru vəzifəsinə işə qəbul elan edir!

Vəzifə öhdəlikləri:

• Bankın ümümi strategiyası çərçivəsində Marketinq fəaliyyətinin və siyasətinin müəyyən edilməsini təşkil etmək;
• Bankın Strateji İnkişaf Planından irəli gələn işlərin həyata keçirilməsini təşkil etmək;
• Müvafiq şöbələr ilə birgə marketinq, reklam və ictimaiyyətlə əlaqələr üzrə tədbirlər planının və illik büdcənin işlənib hazırlanmasında iştirak etmək;
• Bankın brendinin gücləndirilməsi və imicinin yüksəldilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsini təşkil etmək;
• Bankın rəqəmsal marketinq siyasətinin hazırlanması, rəqəmsal marketinq layihələrinin idarə edilməsi:
• Mövcud məhsul və xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması, müştəri məmnuniyyətinin artırılması və onlarla bağlı qaydalara əlavə və dəyişikliklərin həyata keçirilməsini təmin etmək;
• Bankın marketinq siyasətinin inkişafını həyata keçirmək üçün məhsulların bazar araşdırmasının təhlilinə əsaslanaraq istehlak tələbatının və rəqib bankların bazar payının proqnozlaşdırılmasını təmin etmək;
• Departament tərəfindən müxtəlif növ marketinq araşdırmalarının və təhlillərinin təşkil edilməsivə keçirilməsini təmin etmək;
• Departament tərəfindən marketinq proqramlarının, reklam və PR kampaniyalarının / aksiyaların, stimullaşdırıcı və digər lotereya aksiyalarının hazırlanmasını, eləcə də bankın məhsul və xidmətlərin imici ilə bağlı təşviqat kampaniyalarının keçirilməsini təmin etmək;
• Bankın cari və potensial tərəfdaşları ilə biznesin inkişafı və marketinq sahəsində əlaqələrin qurulması, əməkdaşlıq layihələrinin və reklam / PR aksiyalarının hazırlanması və tətbiqini təmin etmək;
• Bank strukturlarının reklam və promo məhsullarına ehtiyacının müəyyən etmək;
• Bankın filial şəbəkəsində vahid korporativ standartların tədbiqi və inkişaf etdirilməsini təşkil etmək;
• Departament tərəfindən Bankın informasiya siyasətinin müəyyən edilməsini, məlumat-mətbuat xidmətinin həyata keçirilməsini, Bankın fəaliyyətinin müxtəlif vasitələrlə KİV-lərdə işıqlandırılmasını təşkil etmək;
• Bankın tərəfindən korporativ tədbirlərin və təqdimatların, eləcə də Bankın iştirakı / aidiyyatı olan digər biznes və sosial xarakterli tədbirlərin hazırlanmasıın və keçirilməsinin təşkil edilməsində iştirak etmək;
• İllik Marketinq büdcəsinin hazırlanması,  təsdiq edilməsi və maliyyə vəsaitin idarə edilməsinə dair təkliflər verilməsi, həmçin büdcəyə əsasən bankın illik reklam planının hazırlanması və icrasının təmin edilməsi;
• Daim Bankın imicini və mənafeyini qorumaq;
• Bankın ümumi strateji planı çərçivəsində marketinq strategiyası və bu strategiyanın əməliyyat planları təsdiq olunduqdan sonra, bu planların icrasından irəli gələn fəaliyyəti həyata keçirilməsini təşkil etmək;
• Tabeçiliyində olan əməkdaşların qiymətləndirilməsini həyata keçirmək, onların bilik və bacarıqlarının artırılması üçün lazımi səylər göstərmək (“workshop”ları, təlimləri və müvafiq görüşləri təşkil etmək və s.);

Vəzifə üzrə tələblər:

• İqtisadi, biznes və ya maliyyə sahəsində ali təhsilin olması;
• Marketinq sahəsində ən az 5 – il iş təcrübəsinin olması;
• Ms Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis ;
• Komandada və fərdi işləmək qabiliyyətinin olması;
• Məsuliyyətli, işgüzar və komunnikasiya qabiliyyətinə malik olmaq;

CV-lərinizi mailın mövzu hissəsində müraciət etdiyiniz vəzifənin adını göstərməklə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər