16 C
Baku
Thursday, May 2, 2024

Marketinq işçisi – (FINCA Azerbaijan)

İŞÇININ VƏZIFƏSI:

  • Çöl, televiziya və radio reklamları daxil olmaqla, reklam və marketinq materiallarının hazırlanması və yayınlanmasının təmin edilməsi;
  • Müxtəlif çap materiallarının hazırlanması və sifarişi;
  • Müxtəlif bazar araşdırmalarının aparılması;
  • Müxtəlif statistik məlumatların hazırlanması;
  • Müxtəlif layihələrin icra olunmasına dəstək verilməsi;
  • FINCA web səhifəsində və digər yerlərdə online reklam vasitələrində istifadə edilməsi;
  • Təşviqat materiallarının ehtiyacının müəyyən edilməsi, sifarişi və paylanmasının təşkili;

TƏLƏBLƏR:

  • Ali təhsil (marketinq, kommunikasiya və ya aidiyyatı olan sahə arzuolunandır);
  • Marketinq, reklam və araşdırma sahəsində təcrübə;
  • Azərbaycan və İngilis dillərində sərbəst danışmaq və yazmaq;
  • Analiz və təşkilati bacarıqlar;
  • Mükəmməl ünsiyyət bacarıqları, dürüstlük və komanda üzvlüyü;
  • Vaxtaşırı Azərbaycanın digər bölgələrinə səyahət etmək mümkünlüyü;
  • Qrafik dizayn proqramlarını bilənlərə üstünlük verilir.

“FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər yuxarıda qeyd edilən vəzifədə işləmək istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 10 Sentyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni və iş elanının nömrəsini (№564/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə ərizələr nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim edəsiz:

Ünvan: Bakı şəh, C.Cabbarlı küç., 44, Caspian Plaza 3-cü korpus, 8-ci mərtəbə.

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər