“Marketinq Layihəsi” üzrə menecer
Marketinq layihəsi üzrə menecer reklam, rəqəmsal texnologiya və marketinq üzrə fəaliyyət göstərəcək. Marketinq Layhə üzrə menecerin rolu layihənin gündəlik koordinasiyası, layihə proseslərin müvafiq qaydada həyata keçirilməsinə nəzarət və layihənin hədəfinə çatmadan ibarətdir.
Marketinq Layihəsi üzrə menecer Bank komandası ilə bərabər görüşlərdə və brifinqlərdə iştirak edərək, rəhbərlik ilə sıx əks-əlaqədə olması tələb edilir. Qeyd edilən vakansiya üzrə iş saatları (Layihələrin icra müddətinə riayət etmək şərti ilə) sərbəstdir.
Vəzifə öhdəlikləri:
• Layihənin gündəlik icrası;
• Rəhbərliklə müntəzəm ünsiyyət və danışıqların aparılması;
• Müvafiq və düzgün qaydada hesabatlar və status bildirişlərin tərtib edilməsi;
• Rəhbərliyə yeni və innovativ ideyalarnın təqdim edilməsi;
• Rəhbərlik, komanda və partnyor agentliyin daha səmərəli fəaliyyət istiqamətinə yönləndirilməsi.
Vəzifə üzrə tələblər:
• Müştəri münasibətlərinin idarə edilməsində yüksək peşəkarlıq;
• Reklam, dizayn və ya marketinq sahəsində müvafiq bilik və bacarıqlar;
• Planlaşdırma və strategiyanın həyata keçirilməsi üzrə yüksək bacarıqlar;
• Yaradıcı layihələrə güvənli və sərbəst yanaşma bacarığı;
• Komandanın effektiv idarə edilməsi bacarığı;
• Detallara diqqət və büdcəni nəzarətdə saxlama bacarığı;
• Rəqəmsal platformalar vı yaadıcı proses və texnikalar üzrə bilik və bacarıqlar;
• Yeniliklər,trendləri izləmək, inkişaf ideyalarına malik olmaq.
Əgər Siz yuxarıda sadalanmış kriteriyalara uyğunsunuzsa CV-lərinizi mailın mövzu hissəsində “Marketinq Layihəsi” üzrə Menecer qeyd etməklə [email protected] mail ünvanına göndərməyiniz xahiş olunur.