“Performance Center Co” MMC (Chevrolet Azərbaycan) Marketinq meneceri vəzifəsinə işçi axtarışı elan edir.
Namizədə tələblər;
- İş stajı: minimum 4 il;
- Yaş həddi: 25-40;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl, ingilis dili işgüzar səviyyədə;
- Analiz və yüksək komunikasiya keyfiyyətinə;
- MS Office biliklərə sahib olmaq;
- Təhsil – Ali.
Qeyd: Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş barədə məlumat
- Şirkətin məqsədlərinə uyğun marketing strategiyasının hazırlanması;
- Marketing strategiyasına uyğun olaraq illik marketing planlarının hazırlanması və icrası;
- Marketinq planına uyğun olaraq bütün marketing materiallarının yaradılması və dərc edilməsi;
- Qısa müddətə və uzun müddətə satış effektivliyini təmin edəcək aktiv təkliflərin hazırlanması və icrası;
- Brendin PR, reklam, təqdimat işlərinin təşkili və həyata keçirilməsi;
- Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
- Media və təchizatçılarla işin idarə edilməsi;
- Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
- Şirkətin marketing siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
- Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi;
- İş qrafiki 09:00-18:00;
- Həftədə 6 gün.
Əmək haqqı: 1000-1200 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Marketinq Menecer/www.azerjobs.com” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.