-1 C
Baku
Saturday, December 14, 2024

Marketinq meneceri – “Performance Center Co” MMC

“Performance Center Co” MMC (Chevrolet Azərbaycan) Marketinq meneceri  vəzifəsinə işçi axtarışı elan edir.
Namizədə tələblər;
  • İş stajı: minimum 4 il;
  • Yaş həddi: 25-40;
  • Dil bilikləri: Azərbaycan və Rus dilləri mükəmməl, ingilis dili işgüzar səviyyədə;
  • Analiz və yüksək komunikasiya keyfiyyətinə;
  • MS Office biliklərə sahib olmaq;
  • Təhsil – Ali.
Qeyd: Avtomobil sektorunda təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş barədə məlumat
  •  Şirkətin məqsədlərinə uyğun marketing strategiyasının hazırlanması;
  •  Marketing strategiyasına uyğun olaraq illik marketing planlarının hazırlanması və icrası;
  •  Marketinq planına uyğun olaraq bütün marketing materiallarının yaradılması və dərc edilməsi;
  • Qısa müddətə və uzun müddətə satış effektivliyini təmin edəcək aktiv təkliflərin hazırlanması və icrası;
  • Brendin PR, reklam, təqdimat işlərinin təşkili və həyata keçirilməsi;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarının təqib edilməsi;
  • Media və təchizatçılarla işin idarə edilməsi;
  • Marketinq kommunikasiyalarının effektivliyinin monitorinqi və hesabatı, aylıq marketing fəaliyyətlərinin hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
  • Şirkətin marketing siyasətinin inkişaf etdirilməsi ilə əlaqədar potensial strateji tərəfdaşlıq əlaqələrinin yaradılması;
  • Rəhbərliyin verdiyi tapşırıqların yerinə yetirilməsi;
  • İş qrafiki 09:00-18:00;
  • Həftədə 6 gün.
Əmək haqqı: 1000-1200 AZN
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz  CV-lərini  məktubun mövzu hissəsində “Marketinq Menecer/www.azerjobs.com” qeyd etməklə [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız yuxarıdakı tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Son xəbərlər
Digər xəbərlər