17 C
Baku
Tuesday, April 16, 2024

Marketinq Mütəxəssisi – Auto Azərbaycan MMC

Şəhər: Bakı, Azərbaycan

Marketinq mütəxəssisi markanın cari marketinq fəaliyyətini öncədən planlaşdırılmış marketinq strategiyası çərçivəsində icra edir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ aşağıdakılardan ibarətdir, lakin yalnız onlarla məhdudlaşmır:

Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək.
Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək.
Cari bazar şərtləri və rəqiblərin fəaliyyətinə dair dövri hesabatlar hazırlamaq.
Üçüncü tərəflərlə işləri koordinasiya etmək.
Marka standartlarının qorunmasına cavabdehlik.
Marka mesajlarının davamlı olmasını təmin etmək.
Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək.
Marka imicinin, mövqelənmənin gücləndirilməsini təmin etmək.
Marka mesajlarının effektiv çatdırılması üçün mətbuatla əlaqələri idarə etmək.

Tələblər

Marketinq, biznes və ya digər əlaqədar sahələr üzrə bakalvr təhsili.
Araşdırma və/və ya kommunikasiya sahəsi üzrə ən azı bir il iş təcrübəsi.
Mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı. Yüksək Azərbaycan və İngilis dili bilikləri. Azərbaycan dilində yazı orfoqrafiyasının yüksək səviyyədə olması mütləqdir.
Orta MS Office proqramları biliyi.
Təzyiq altında işləməyə hazır.
Tapşırıq üçün təyin edilən vaxt məsələsində qəti və punktual.
Təşəbbüskar, həlledici, yaradıcı, məqsədyönlü komanda üzvü olmaq.
Özünə əmin və dinamik xarakter.
Sürücülük vəsiqəsi arzuolunandır.

Bu iş üçün müraciət etmək istəyirsinizsə CV-nizi “Marketinq Mütəxəssisi” başlığı ilə [email protected] ünvanına göndərə bilərsiniz. Müraciət üçün son tarix: 15.09.2017

“Auto Azərbaycan” bərabər iş imkanları vəd edir:

Auto Azərbaycan şirkəti bərabər iş imkanları təmin edərək bütün işçilərə istənilən növ ayrıseçkilikdən uzaq iş şəraiti yaradır. İşə götürülmə ilə bağlı bütün qərarlar namizədin vəzifə öhdəliklərinə uyğunluğu və şəxsi bilik və bacarıqlarına əsaslanır və müraciət edən şəxsin dini, irqi, milli mənsubiyyəti, cinsi və  yaşından asılı olmayaraq qəbul edilir.”

Son xəbərlər
Digər xəbərlər