9 C
Baku
Monday, December 23, 2024

Marketinq strategiyası nədir və nə üçün şirkətlərə vacibdir

Hər bir şirkətin uğur əldə edə bilməsi, mövcud bazardan pay götürə bilməsi, rəqabət şəraitində üstünlük əldə edə bilməsi üçün biznes strategiyası olmalıdır. Marketinq fəaliyyətlərini düzgün tənzimləməsi üçün isə şirkətin mütləq marketinq strategiyasına gərəyi vardır.

Marketinq strategiyası, biznesin çatmaq istədiyi əsas vizyon doğrultusunda edilən bütün marketinq fəaliyyətlərini sistemləşdirərək özündə birləşdirən strateji marketinq planlamasıdır.

İstər kommunikasiya, istər araşdırma, istər müştəriyə məhsulu təqdim etmə, istər məhsulun keyfiyyətinin artırılması və istərsə də satışın artırılması baxımından olsun marketinq strategiyası önəmli yol oynamaqdadır. Marketinq strategiyası biznes strategiyasını dəstəkləməlidir. Əks halda edilən bütün fəaliyyətlər, atılan bütün addımlar boşuna olacaq. Marketinq strategiyası biznes strategiyasını dəstəkləmədikdə atılan addımlar ola bilər ki, qısa zamanda faydalı olsun. Lakin  uzun müddətli düşündükdə vizyon ilə üst-üstə düşməyə bilər. Müştərilərin sizin mal və yaxud xidmətə uzun müddətli bağlılığını təmin edə bilmək üçün sektorda baş verənlərə sürətli reaksiya verə biləcək marketinq strategiyasına ehtiyac vardır.

Marektinq strategiyasının məqsədi bazarı yaxşı analiz etmək, rəqiblərimizi düzgün aşkarlamaq, düzgün məhsul hazırlamaq, bazara düzgün təqdim etmək, satışı artırmaq və müştərilərlə satış sonrası fəaliyyətləri tənzimləmək olmalıdır. 

Marketinq strategiyası şirkətlərə nə üçün vacibdir?

Marketinq strategiyası olmadan atılan bütün addımları, xərclənən bütün büdcələri əsaslandırmaq da mümkün deyil. Çünki atılan addımlar və xərclənən büdcələrin hansı məqsədlə edildiyi aşkar deyil. Əlavə olaraq əgər vahid marketinq strategiyası yoxdursa atılan addımların bir biri ilə əlaqəsi olmur və bu fəaliyyətlər şirkəti xaosa doğru aparır. Bunun üçün də mütləq vahid marketinq strategiyası yaradılmalı və hər növbəti il üçün bu vahid strategiyaya uyğun olaraq marketinq fəaliyyətləri öncədən plan formasında hazırlanıb təmin olmalıdır.

  1. Şirkətin biznes vizyonunu tamamlamaq və atılan bütün marketinq addımlarını sistemləşdirmək,
  2. Edilən bütün marketinq fəaliyyətlərinin vahid hədəf doğrultusunda olması,
  3. Məhsul və marka dəyərlərini formalaşdırmaq,
  4. Müştərilərlə əlaqələrin düzgün təşkili,
  5. Araşdırma və analiz fəaliyyətlərinin düzgün təşkili,
  6. Büdcəni daha məqsədli və ölçüləbilən istifadə etmək,
  7. Qiymət siyasətinin düzgün təşkili,
  8. Məhsulun paylanmasının, strateji satış nöqtələrinin seçimi və düzgün idarə olunması,
  9. Öncədən qurulmuş satış kampaniyaları və imic kampaniyalarına hazırlıqlı olmaq,
  10. Daxili kommunikasiyanın qurulması və idarə olunması və s.

Planlı və sistemli çalışmaq hər zaman faydalı olub. Elə buna görədir ki, Marketinq strategiyası da  vahid vizyon doğrultusunda bütün strateji addımları özündə birləşdirir və öncədən planlamağa imkan verir.

Əlbəttə marketinq strategiyasını tətbiq etdikdən sonra onu ölçə bilməli, nə qədər öz hədəflərinə doğru getdiyinə baxmalı və lazım gəldikdə dəyişikliklər etməlisiniz. Bu müddətdə satış komandası və şirkətin digər departamentləri ilə sıx əlaqələr qurmalısınız.

Cavid Abasov

 

Son xəbərlər
Digər xəbərlər