Marketinq –özün üçün gəlir götürmək şərti ilə tələbatı təmin etmək deməkdir.
Filipp Kotler
12 noyabrda Moskvada dünya miqyaslı marketinq dahisi Filipp Kotler yeni marketinq epoxası –Marketinq 3.0 haqqında danışdı. Məruzədən verilmiş tezisləri daha yaxşı başa düşmək üçün əvvəlcə qısaca marketinq 3.0 haqqında məlumat vermək istərdik.
Marketinq 3.0 epoxası və ya humanist marketinq (human-centric era) –bu elə marketinq növüdür ki, burada müştərilərə daima aktiv həyat mövqeyi olan, yeni nəyəsə can atan və nəyi isə itirmək istəyən insanlar kimi yanaşılır. Bu, müştərilərin dəyər yaradılmasında (value creation) daha çox iştirakını tələb edəcəkdir. İstehlakçılar isə nəinki öz gündəlik ehtiyaclarının, hətta ən dərin narahatlıqlarının belə müəyyən edilməsini və təmin edilməsini tələb kimi irəli sürəcəklər. İstehlakçılar istəyəcəklər ki, onların yaradıcılığı qiymətləndirilsin.
Marketinq 3.0 — Ruhi başlanğıc, dəyərlərə meyllənmə, ətraf aləm dəyərləri və insan xoşbəxtliyidir.
Biznes -strategiyası
- Marketinq biznesi idarə edir (Marketing runs the business)
- Kompaniyalar üçün şüar —Ya yenilik et, ya da öl (Innovate or die)
- Novator düşüncə tərzi- effektiv biznes quruculuğunun yeganə üsuludür.
- Aktivlərinin deyil, insanların dəyər kimi tanınması.
- Öz müştərilərini və əməkdaşların sevən şirkətlər daha populyardır və onlar reklam və PR-a daha az vəsait sərf edirlər.
- Ən vacib qrup -səhmdarlar DEYİL, müştərilər, əməkdaşlar və cəmiyyətdir!
- Mən «komanda» sözünü çox sevirəm! Və bura təkcə əməkdaşlar deyil, həm də şirkətə «azarəkeşlik» edən adamlar (şirkətin fanatları da) da daxil olmlıdır.
- Qlobal düşünmək lazımdır, cəmiyyət üçün yaxşı olan hər şey, biznes üçünyeni imkanlar açır.
- Əgər beş il sonra siz yenə də indi olduğunuz biznesdə qalsanız, demək sizi başqaları ötüb keçəcək.
- Hər bir marketinq və biznes planı — mahiyyət etibarı ilə hadisələrin inkişafının üç-dörd cür xəyali ssenarinin nəzərdən keçirilməsidir.
- İdarəetmə sahəsindəki baxışların təkmilləşməsi: artıq brend menecmentin dövrü arxada qaldı, indi dəyərlərin idarə olunması zamanıdır.
Məhsulun, xidmətlərin yaradılması
- Ustaddan çox yaxşı bir termin gəldi — “cocreation” (birgə yaradıcılıq) –bu o deməkdir ki, istehlakçı istehsalçıya yeni məhsul yaratmaqda kömək edir. Birgə yaradıcılıq prosesi –marketinq 3.0 sərhədlərindən çıxmaq anlamına gəlir.
- Laboratoriyalarda yalnız texnologiyalar icad olunur, məhsulları isə marketoloqlar yaradır.
- Mənim şəxsi fikrimcə, ən aparıcı ideya məhsulları, ideyaları və xidmətləri yenidən icad etməkdir!
- Bu gün marketinq –yalnızca məhsul və xidmətlərin deyil, həmçinin də yerlər və ideyaların marketinqidir.
- Marketinq strategiyası — «Mavi okean»: yayda xizəkləri necə satmaq üzərində baş sındırmaqdansa, o ölkələri axtarın ki, sizdə yay olduğu müddətdə onlarda qış olsun.
Uzun ömürlü şirkətlər
Uzun-ömürlü şirkətlərin öz məqsədi var, bu məqsəd pul qazanmaqdan daha artıqdır, onlar dünyanı daha yaxşı etməyə çalışırlar..
Dörd əlamət:
- Maliyyə məsələlərində konservatizm
- Ətraf aləmə qarşı həssaslıq
- Öz kimliyinin dəqiq dərki
- Yeni ideyalara qarşı dözümlülük
Dörd prioritet:
- Aktivləri deyil, insanları dəyər olaraq qəbul etmək
- Nizamlamanın və nəzarətin zəifləməsi
- Təlimin təşkili
- İnsan birliyinin formalaşdırılması
Marketinq hər şeydir
- Marketinq üzrə direktorların 80%-i əsas diqqəti ənənəvi informasiya mənbələrinə yönəldirlər, yəni bazar tədqiqatlarına. Kotler isə əsas vurğunu sosial media vasitələri üzərinə salmağı təklif edir.
- Yalnız 26% direktor bloqları izləyir, 48% isə istehlakçıların resenziyalarını oxuyur.
- Marketinq direktorlarına sosial media vasitələrindən öz müştəriləri ilə ünsiyyət qurmaq və müzakirələri izləmək üçün daha aktiv şəkildə istifadə etmək tövsiyə olunur.
- Marketinq mütəxəssisi sosial şəbəkələrdəki reaksiyanı diqqətlə izləməli, təkcə müştəri ilə olan hərəkətsiz əks əlaqələrə və tədqiqatlara ümid olmamalıdır.
- Əgər marketinq mütəxəssisi bu gün maliyyə biliklərinə yiyələnibsə, bu sadəcə onun üçün “handicap”-dır (idman yarışlarında zəif oyunçuları güclülərlə bərabər etmək üçün onlara verilən müxtəlif güzəştlər).
Müasir marketinq mütəxəssisinin səriştəsi və səlahiyyətləri
- Brend aktivlərinin idarə olunması (ticarət markası).
- Müştərilər ilə münasibətlərin idarə olunması, məlumatlar bazası marketinqi, telemarketinq.
- Tərəfdaşlar ilə münasibətlərin idarə olunması.
- İnteqrasiya olunmuş marketinq kommunikasiyaları.
- İnternet və sosial media.
- PR marketinq aləti kimi (eyni zamanda mərasimlər marketinqi və sponsorluq).
- Xidmət marketinqi və empirik marketinq (təcrübəyə əsaslanan marketinq).
- Smeta, müştəri, məhsul və kanallara görə gəlirlik analizi.
Satış şöbəsi
- Azərbaycan marketinqinin birinci bəlası –marketinq və satışlar arasında əbədi müharibə.
- Əgər şirkətin satış və marketinq şöbələri öz aralarında müharibə aparırsa bu ölməkdə olan kompaniyanın əsas işarəsidir.
- Marketinq mütəxəssisləri adətən satış şöbəsinin rəhbərləri ilə yanbayan oturmaq istəyirlər, amma idealda departamentlərin rəhbəri bir adam olmalıdır.
- Satış şöbəsindən olanları marketinq rəhbərlərinin qoyduğu qəribə qiymətlər qane etməsə də, onların yaratdığı reklamları bəyənirlər və s.
- Satış şöbəsinin adını dəyişdirərək, dəyərlərin çatdırılması qoymaq gərəkdir!
Reklam və PR
- Əksər şirkətlər əvvəlki reklam kampaniyalarından, ümumiyyətlə öncələr görülmüş bütün işlərdən çox az yararlanır və hər dəfə yeni nə isə fikirləşməyə çalışırlar.
- Reklam- PR-dan (İctimaiyyətlə Əlaqələrdən) daha az əhəmiyyətlidir) və ya reklamın əhəmiyyəti getdikcə PR-ın xeyrinə aşağı düşür, xüsusi ilə də şəxsi kommunikasiya sahəsində.
- İndi sosial şəbəkələr sayəsində müəssisənin nüfuzu heç də brend tərəfindən keçirilən reklam kompaniyalarının deyil, özlərini bloqlara həsr etmiş istehlakçı sözlərinin əlindədir.
- Öz müştəri bazanız ilə nə etməli? ÇCBT formuluna əsasən satmaq –Çox! Cəld! Baha! Tez-tez!
- PR — marketinqin bir hissəsidir deyə Kotler bildirir.
Gələcək və Marketinq 4.0
- Mən fikirləşirəm ki, yaxın gələcəkdə biz o sifarişçilər ilə işləyəcəyik ki, bu gün hələ onları tanımırıq və onlara o məhsulları satacağıq ki, onlar hələ ki kəşf olunmayıb. Biz bu sifarişçiləri və bu məhsulları başa düşməliyik. Marketinq 4.0
- Marketinq 4.0 biznes-proseslərinin optimallaşmasıdır. Marketinq logistikası və avtomatlaşma.
- Marketinq gələcək artımın qurucusudur.