Porsche Bakı Mərkəzi
Marketinq üzrə Menecer
İş barədə tələblər
– Bütün marketinq, reklam ve stimullaşdırma tədbirlərinin idarə olunması ve əlaqələndirilməsinin həyata keçirilməsi;
– Mövcud ve gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
– Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
– Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
– Marketinq plan və layihələrinin məhsuldarlığının idarə edilməsi;
– Marketinq büdcəsinin müəyyənləşdirilməsi və idarə edilməsi;
– Razılaşdırılmış büdcə çərçivəsində marketinq fəaliyyətinin həyata keçirilməsi;
– Qiymət strategiyasının işlənib hazırlanması;
– Kütləvi informasiya ve reklam vasitələri ilə əlaqələrin yaradılması;
– Sosial media ve bazara çıxarılacaq bütün çap materiallarına nəzarətin həyata keçirilməsi;
– Yerli ve beynəlxalq mətbuat nümayəndələri ilə birgə tanışlıqların keçirilməsi;
– Müştəri bazası, mövcud məhsul ve xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
– Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
– Məhsul ve xidmətlərin inkişafına nəzarət edilməsi;
– Müştəri xidmətlərinin yaxşılaşdırılmasına dair layihələrin həyata keçirilməsi ;
– Cəmiyyətdə mövcud olan daxili prosedur ve qaydalara uyğun işlərin təşkil edilməsi.
Namizəd barədə tələblər
Ümumi tələblər
– Ali təhsil (Marketinq sahəsində)
– İş təcrübəsi: avtomobil sahəsi üzrə iş stajı mütləqdir
– Yaş həddi 25-40
Bilik və təcrübə
– Dil bilikləri: Azərbaycan dili, ingilis dili (upper-intermediate, advanced səviyyəsində), rus dili əla səviyyədə
– Ms. Office proqramlarını yüksək səviyyədə
– Ümumi satış texnikaları və şəbəkə marketinqi. Satış və Marketinq strategiyasının inkişaf əsasları.
– Müqavilələrin bağlanması barədə qayda və əsas müddəaları
– Müştərilərlə iş üzrə xidmət üsullarını tətbiq etmək
– Düzgün yazılı və şifahi ünsiyyət qurmaq
İş şərtləri
– İş qrafiki – 6 günlük
– Əmək haqqı – 1000 azn (+bonuslar)
CV-ni foto ilə birlikdə mövzu yerində (Marketinq üzrə Menecer) olmaq şərti ilə [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur