6 C
Baku
Sunday, December 15, 2024

Marketinq üzrə mütəxəssis (YapiKredi Bank)

TƏLƏBLƏR:

• Marketinq, İqtisadiyyat, Biznesin idarəedilməsi üzrə ali təhsil;
• Bank sahəsində ən az 2 il təcrübəyə malik olmalı (Marketinq, filial və/vəya kredit prosesslərində təcrübəyə malik);
• Yüksək dərəcədə maliyyə hesablamaları aparmaq qabiliyyəti;
• Analitik və strateji zəkaya malik olmalı;
• Yüksək səviyyədə ingilis dili biliyi;
• Problemlərin həlli və effektiv ünsiyyət bacarığı;
• MS Office proqramları biliyi.

İŞÇININ VƏZIFƏSI:

Yapı Kredi Azərbaycan QSC-nin  Fərdi Bankçılıq nəzdində mövcud və inkişaf etdiriləcək bütün məhsullar (İstehlak Kreditləri, depozit məhsulları, pul köçürmələri və s.) ilə əlaqədar:
• Mövcud məhsul və xidmətlərin idarə edilməsi çərçivəsində qiymətləndirmə, tətbiq etmə   dəyişiklikləri, matbu sənədləşmə (form, müqavilə… vb) məhsul kataloqları, sistem tanımları … vb. yenilənərək, Şöbələrə və əlaqəli bütün İdarə Heyəti nümayəndələrinə elan edilməsi və mənimsənilməsinin həyata keçirilməsi;
• Bank strategiyalarının, bazar şərtləri və müştəri ehtiyacları yönündə yeni məhsul və xidmət modellərinin inkişaf etdirilməsinin, prosedurların ətraflı yazılmasının, əlaqəli bütün İdarə Heyəti nümayəndələri, Üçüncü Tərəflər və Şöbələrlə koordinasiyalı çalışaraq mənimsənilməsinin həyata keçirilməsi;
• Yeni məhsul/xidmətlərin inkişaf etdirilməsi, eyni zamanda mövcud məhsul/xidmətlərin yaxşılaşdırılması istiqamətində vergi, hüquqi və sistemsal çatışmamazlıqların aşkarı, bu çatışmamazlıqların aradan götürülməsi üçün ətraflı sistem analizlərinin hazırlanması və İT Şöbəsi başda olmaqla əlaqəli bütün İdarə Heyəti nümayəndələri ilə qərarlaşdırılmış işlərin həyata keçirilməsi;
• Həm mövcud həm də yeni məhsul və xidmətlərlə əlaqədar şöbə xarici satış kanallarına          (İnternet, Telefon Mərkəzi, ATM, SMS, Mobil, əmlak agentlikləri, web portalları və s.) aid strategiyaların hazırlanması, həyata keçirilməsi, performans təqibləri, analizi və hesabati.

CV-nizi göstərilən e-ünvana göndərin: [email protected]

Son xəbərlər
Digər xəbərlər