10 C
Baku
Friday, December 13, 2024

Marketinq və Kommersiya üzrə Menecer – Synergy Group

Marketinq və Kommersiya üzrə Menecer

İş barədə məlumat

– Şirkətin Satış siyasətinin müəyyənləşdirilməsi
– Marketinq fəaliyətlərinin icrası, onlara nəzarət və nəticələr barədə hesabat vermək.
– Bazar trendlərini araşdırmaq, mövcud və yeni məhsullar üçün bazar tələblərinin müəyyən etmək və onların təkmilləşdirilməsi müvafiq təkliflər vermək.
– Ayrı-ayrı mal qrupları üzrə satış hədəfləri müəyyənləşdirmək və onlara çatmağa nail olmaq
– Həftədə bir dəfə işlərin gedişatı haqqında departament  direktoruna hesabatın verilməsi
– İşlərin düzgün istiqamətdə qurulub, inkişaf etdirilməsi üçün müvafiq tədbirlərin hazırlanması
– Satış istiqamətinə aid olan sahələrin fəaliyyətinin yüksəldilməsini təmin edəcək təkliflər paketi hazırlanması, rəhbərliklə razılaşdırdıqdan sonra tətbiq edilməsi istiqamətində müvafiq işlərin görülməsi
— Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırb, problemlərin səbəblərini araşdırıb və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirlərin həyata keçirlməsi
– Şirkətin müxtəlif bölmələrinin cari marketinq fəaliyyəti haqqında məlumatlılığının təmin edilməsi üçün effektiv daxili kommunikasiyanı təşkil etmək
– Kreativ (yaradıcı) satış taktikaları və siyasətləri hazırlayıb rəhbərliklə razılaşdırdıqdan sonra həyata keçirilməsi
– Satış kanallarını təkmilləşdirilməsi və optimallaşdırılması
– Digər departamentlərlə / bölmələrlə birgə məhsulun istehlak keyfiyyətlərinin yaxşılaşdırılması və satışın stimullaşdırılması məqsədi ilə onun texniki, iqtisadi və digər xüsusiyyətlərinin dəyişdirilməsi üzrə təkliflirlərin hazılanması
– Satış sahəsində cari işlərin təqvim planına uyğun olaraq yerinə yetirilməsinə nəzarət edilməsi, ayda bir dəfə plan və hesabatların Şirkətinin direktoruna təqdim olunması
– Satış işinin planlaşdırılması ilə bağlı məsələlərə dair rəhbərliyə təkliflərin verilməsi

Namizədə tələblər

Təhsil:
Marketinq, Biznesin İdarə edilməsi sahəsində Bakalavr dərəcəsi
Müvafiq sahədə magistr dərəcəsi arzu olunandır.
İş təcrübəsi:
Marketinq sahəsində minimum 5 il iş təcrübəsi olmalı, ünsiyətcil və ictimai işləri müvəffəqiyətlə yerinə yetirməli,

Digər tələblər:

– Yaş: 25-35
– Rus və ingilis dilində sərbəst danışıq
– MS office proqramlarını bilməli
– Liderlik və idarəçilik qabiliyyəti
– Biznes plan və büdcə hazırlama bacarığı
– Analitik düşünmə və problem həll etmə qabiliyyəti
– Ünsiyyət və münasibət qurma
– İnandırma bacarığı
– Əməkdaşlıq etmə qabiliyyəti
– Vəziyyətə tez uyğunlaşa bilmə qabiliyyəti

Bu vəzifə ilə əlaqədar müraciət edərkən, zəhmət olmasa, şəxsi məlumat xülasəsini  (CV)  [email protected] elektron ünvanına göndərin.

Müraciət etdiyiniz vəzifənin adını (Marketinq və Kommersiya üzrə Menecer) müraciət məktubunun mövzu bölməsində mütləq qeyd edin. Yalnız seçilmiş namizədlərlə (CV-ləri bütün tələblərə cavab verən) əlaqə saxlanılacaq.

Son xəbərlər
Digər xəbərlər