10 C
Baku
Sunday, December 22, 2024

Marketinq: Walmart CEO-su əməkdaşları üçün reklam çarxına çəkildi [VİDEO]

Walmart şəbəkəsinin icraçı direktoru Doug Mcmillon 30 saniyə davam edən reklam çarxına çəkilib. Şirkətin marketoloqlarının fikrincə bu reklam çarxı “Walmart – ucuz məhsullar təklif edən və az əmək haqqı verən bir şirkətdir” stereotipini sındıracaq.

Reklam çarxında şirkət rəhbəri Walmart mağazalarından birindədir və öz smartfonunda şirkət əməkdaşlarının Instagram şəkillərinə baxır. “Burada, Walmart-da sizin qayğınıza qalan insanların qayğısına qalırıq” – deyə o bildirir. Həmçinin reklam çarxında Walmart-ın öz əməkdaşlarının təliminə və əmək haqqlarının artırılmasına 2,7 milyard dollar yatıracağı vəd edilir.

Mcmillon Walmart-da öz karyerasını 1984-cü ildə anbar işçisi olaraq başlayır. 2014-cü ildə o şirkətin icraçı direktoru vəzifəsinə təyin edilir. Bu zaman o şirkətin adi işçilərinin əmək haqqlarını artırır və personalın təlimi üçün mərkəz yaradır.

1980-ci ildə peyda olan Chrysler şirkətinin reklamından sonra top-menecerlərin iştirak etdiyi reklam çarxları populyarlıq qazandı. Bu zaman şirkətin icraçı direktoru Li Yakokka alıcılardan çətin vəziyyətə düşmüş brendə ikinci şans vermələrini xahiş etmişdi

Son xəbərlər
Digər xəbərlər