14 C
Baku
Saturday, May 4, 2024

Marketinqdə qablaşdırmanın əhəmiyyəti

Qablaşdırma – məhsulun simasıdır. Məhsul müştəriyə nə qədər cəlbedici və xoş təsir bağışlayarsa, onun alınması şansı da bir o qədər artar. Yeri gəlmişkən müştərilər bir çox hallarda məhsulu deyil, onun qablaşdırılmasını alır. Lakin bununla belə düzgün şəkildə qablaşıdırılmamağa görə bir çox məhsulun qiymətinin enməsi faktı da aktualdır.

Bəs məhsulu qablaşdıran zaman nəyə fikir vermək lazımdır.

Funksionallıq: Qablaşdırma öz xarici görünüşünə baxmayaraq, hər zaman öz əsas funksiyasını yerinə yetirməlidir.

Daxili qablaşdırma: Qablaşdırma daxili və xarici olur. Daxili qablaşdırma tək məhsulun uzun müddət saxlanılması üçün nəzərdə tutulmayıb. Bir müştəri sizin məhsulu əldə etdikdə onun ən yaxşı formada qablaşdırılmasını arzu edir və bunu nə qədər uğurlu həyata keçirməyiniz, öz biznesiniz üçün bir o qədər faydalıdır.

Rəng – alıcının diqqətini məhsula çəkməyin ən ideal yoludur və bunu nəzərə almaq çox vacibdir. Məsələn, elit və lüks məhsullar ciddi qablaşdırmada, çox da parlaq olmayan rənglərdə  – tünd göy, qara, boz, ağ olmalıdır. Uşaqlar üçün nəzərdə tutulmuş məhsullar isə əksinə parlaq rəngli qablaşdırmalarda olmalıdır. Qidaya gəldikdə isə, burada vəziyyət bir qədər çətindir. Bu sahədə isə parlaq rənglər şirin məmulatlar, konfetlər üçün nəzərdə tutulub.

bsp093

Süd məhsulları isə qablaşdırılan zaman adətən ağ və mavi rənglərdən istifadə edilir. Lakin nadir hallarda digər rənglərdən də istifadə edilir. Ərzaq biznesində ən nadir istifadə edilən rənglərdən biri qəhvəyi rəngdir. Bu rəngdən məhsul məhz bu rəngi daşıdıqda istifadə edilir.

Rənglərdən danışmışkən qeyd etmək lazımdır ki, son illər dizaynerlər rəng seçiminə mümkün qədər diqqətlə yanaşmağa çalışırlar. Artıq parlaq rənglər dəbi geridə qalıb. Hazırda əsas diqqət ciddiliyə və kreativliyə ayrılır.

Sadəlik: Yaxşı qablaşdırmanı pis qablaşdırmadan nə fərqləndirir? Pis qablaşdırılma daim çətin, qəliz, yaxşı qablaşdırma isə rahat olur. Bütün məişət əşyalarının qutularına fikir versəniz üzərində sadəcə içərisində olan məhsulun şəkli təsvir edilib. Digər tərəfdən, əgər siz məşhur bir markanı təmsil edirsinizsə bunu qablaşdırmanın üzərində qeyd etməyiniz mütləqdir.

Rebranding və onun təhlükələri:  Qablaşdırmada rebranding daim yeni məhsulları sınamaq istəyən müştərilər üçün lazımdır. Və əgər sizin məhsulunuz insanların vərdiş etdiyi “əfsanəvi” məhsullar kateqoriyasına aid deyilsə (məsələn, Coca-Cola, Snicers və s.) onda 3-4 ildən bir qablaşdırma rebrandinginə müraciət etməyiniz mütləqdir. Bu istehlakçılara məhsulunuza yenidən diqqət yetirmək imkanı yaradacaq.

Rebrandingin yarada biləcəyi təhlükə ondan ibarətdir ki, yeni dizayn müştərilərin xoşuna gəlməyə bilər. Bu zaman axının əksinə üzərək yeni qablaşdırmanın əvvəlkindən yaxşı olduğunu sübut etməyə ehtiyac yoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər