18 C
Baku
Monday, April 29, 2024

Marketinqdə rənglər: hansı şirkətlər hansı rəngə üstünlük verir?

Müəyyən rənglərin köməkliyi ilə müştərilərdə lazımi emosiyalar yaratmaq cəhdi marketinqdə artıq bir çoxlarına sirr deyil.

Bəs məşhur şirkətlər hansı rənglərdən istifadə edir və bu rənglər nəyi təcəssüm edir?

Yaşıl – inkişaf (fiziki və mənəvi) və sağlamlığı ifadə edir. Monster, Starbucks, Whole Foods, Tropicana, Spotify, BP və əlbəttə ki John Deere kimi şirkətlər yaşıl rəngdən əsas rəng olaraq istifadə edir.

Bənövşəyi — təxəyyül və müdriklik. Bu brendlər bir zamanlar bu rəngdən istifadə edib və istifadə etməkdə davam edir: Yahoo, Welch’s, Taco Bell, Barbie və Big Brothers Big Sisters.

Mavi — etibar, əminlik və güvənlilik. Bu rəngi sevən şirkətlərə isə Lowe’s, hp, Oreo, Facebook, Vimeo, WordPress, Ford, Dell, Walmart daxildir.

Qırmızı  — ehtiras, aktuallıq və cəsarət. Target, Canon, Lego, Pinterest, Netflix, Coca Cola, CNN, Nabisco, YouTube kimi şirkətlər bu rəngə üstünlük verir.

Narıncı — sevinc və münasibətlərin nizamlı. Bu rəngi isə Gulf, Shutterfly, Payless, Hooters, Nickelodeon və Firefox şirkətlərinin rəmzlərində görə bilərsiniz.

Sarı — optimizm və innovasiya. Günəş rəngini isə Best Buy, Ikea, Denny’s, UPS, Nikon, McDonalds kimi şirkətlər seçmişlər.

Qara rəng isə güc və hakimiyyət rəmzidir. The Silent Partner Marketing, Visa, Adidas, HBO, KISS, MTV və Playboy kimi şirkətlər məhz bu emosiyanı yaratmaq istəmişlər.

— təmizlik və məsumluq. Google, Yelp və NBC ağ rəngi digər rənglərlə uyğunlaşdıraraq istifadə edirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər