1. Müştərinin ehtiyaclarını müəyyən et: Satmaq qabiliyyəti – bu hər şeydən öncə potensial müştərinin problemini həll etmək bacarığıdır. Öz potensial müştərilərinizin xəbərdar olduğu və olmadığı ehtiyaclarını anlamağa çalışın. Alıcılarınızı öz müəlliminizə çevirin..
2. Müştəriyə öz ehtiyacını anlamağa kömək et: müştərinin hələ dərk etmədiyi ehtiyaclarını sənin sayəndə dərk etdiyi ehtiyaclara çevirməyə kömək et, onlara öz kömək bacarıqlarını və potensiallarını açmaqda yardımçı ol.
3. Yeni imkanları görə bilmək üçün gözlərini aç: Potensial müştəri üçün yeni ehtiyaclar yarat. Nəticələrin radikal yaxşılaşdırılmasının asan və effektiv üsullarını ona göstər.
4. Davamlı və uzunmüddətli pozitiv kontakt yarat: Dao stilində marketinq özlüyündə strateji olub, uzunmüddətli perspektivə hesablanmışdır. Əksər hallarda potensial alıcının səndən nəsə almaq istəyi kifayət qədər uzun müddət ərzində inkişaf edir. Bütün müddət ərzində siz müştərilərlə pozitiv kontaktda olmalısınız.
Bundan ötrü pulsuz xidmətlər kompleksi yaratmalısınız. Bu xidmətlərə potensial müştərilər dönə-dönə müraciət edəcək və getdikcə sizin təşkilata daha çox minnətdarlıq və etibar hissi duyacaq.
5. Etimad mühiti yarat: Müştərilərə, sənin məhsulun və xidmətlərin sayəsində gerçəkdən böyük fayda əldə etdiyini hiss etdirməklə, digər müştərilərin gerçək rəyləri, məhsul barədə nə düşündüklərini misal göstərməklə, həmçinin sənin məhsul və ya xidmətinlə bağlı daha unikal və ətraflı müştəri təcrübələrini paylaşmaqla, sənin məhsullarının həmin insanlara hansı nailiyyətlər əldə etməkdə yardımçı olduğunu anlat.
6. Öz qərarını heç kəsə sırıma. İnsanlar ruhlandır və onlara ipucu ver: İdeya və ya tələbat insana məcburi sırınmalı deyil. İnsan özü qərar verməli və istəməlidir. Ən güclü stimul – şəxsi ideyadır, başqasının olmayan ideya. Ona görə də kouçinq stilində marketinq həyata keçirmək daha effektivdir, bu insanlarda təsirli suallar yaradır.
7. Qulaq asaraq eksperiment elə. Dinləmə qabiliyyətini inkişaf etdir. Yeni təklifləri təcrübədən keçir və bu zaman hədəf auditoriyasının reaksiyasını diqqətlə öyrən.
8. Alıcıya adaptasiya ol. Öz təkliflərin ilə alıcının ehtiyacları arasında uyğunsuzluğu üzə çıxaracaq eksperimentlər et. Fasiləsiz eksperimentlər prosesində əldə etdiyin məlumatlardan asılı olaraq, ya öz məhsulunu, ya unikal məhsul təklifini elə dəyiş ki, öz hədəf qrupunun tələblərini qarşılaya biləsən.
9. Nəticələri strateji qiymətləndir: Xırdaçılıq etmə, marketinqin effektivliyini Dao stilində qiymətləndir, yəni satışların həftəlik həcminə görə mikro meyarları deyil, həmin brend haqqında goodwill-i ölç, həmçinin sənin kompaniyanın mövcud və potensial müştərilərin gözündə nə qədər fərqli olduğunu və kompaniyanın nüfuzunun necə olduğunu dəyərləndirməyə çalış.
10. Əməkdaşları motivasiya etməyin yeni üsullarını fikirləş: onları motivasiya etmək üçün daha maraqlı və effektiv yollar tap, çünki Dao üslubundan marketinq yaratmaq üçün, insanların motivasiyası təlimatlardan deyil, onların öz həyat və iş tərzindən ilham almalıdır.