Marketlərdə niyə görə məhsulun qiymətinin sonu qəpiklə qeyd edilir?

0

Marketlərdə niyə görə məhsulun qiymətinin sonu qəpiklə qeyd edilir?
Əslində bu insanların psixoloqoyasına təsir etmək üçün dünyanın bir çox ölkələrində istifadə edilən taktikadır. Bunu bir neçə hissəyə bölmək olar.

1. Misal marketdən şirə alırsan. Şirənin qiyməti digər yerlərdə 2 manatdı, amma alacaqınız marketdə 1 manat 99 qəpik. Siz zənn edirsiniz ki, 1 qəpik irəli düşürsünüz. Amma əslində belə deyil. Marketin çox zaman, xırdanı qaytarmağa pulu olmur. İndiki halda 1 qəpik, 3 qəpik tarixin yaddaşında qalacaq nominallardır. Yəni ölkədə axtarsan çətin bu nominallardan taparsan. Üstəlik kartla ödəniş də hər bir marketdə yoxdur. Əhali də, kartlara tam etibar etmir. Məcbur olursunuz ya deyəsiniz qəpik qalsın, bu zaman sizin həmin marketdən alışınız digərindən fərqli olmadır və ya üstünü düzəldib əlavə nəsə alasınız. Bu da olmasa market sizə 1 qəpiklik kibrit təklif edəcək, o da həmin qiymətə olsa. Olmasa xəzinədar xırdalıyın verin, marketdə xırda pul yoxdur deyəcək.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

2. İkinci hal bununla bağlıdır ki, alıcı uzaqdan malın qiymətini misal 2 manat yox 1 manat görsün. Bu halda onu həmin qiymət cəlb edəcək. Yəni qiymətin alıcının ram etməsi desək, tam yerinə düşər. Nəticədə alıcı malı alıb getdikdən sonra, digər yerlərdə qeyd edəcək ki, mən bunu ucuz aldım, digərlərini də həmin marketə cəlb etməyə çalışacaq.

3. Üçüncü variant 18 faiz Əlavə Dəyər Vergisi ola bilər, bu isə ən aşağı ehtimal olunan variantdır. Çünki çox mağazalarda malın qiyməti ƏDV-lə birlikdə bütöv qeyd olunur. Misal 1.20, 1.30, 1, 50…..2 manat.

İqtisadçı-ekspert Rauf Qarayev