Banker.az-ın verdiyi məlumata görə, Veysəloğlu Şirkətlər Qrupu ona aid marketlərdə ən yüksək alıcı tələbatı olan məhsullar üzrə 2022-ci il avqust ayının qiymət indeksini açıqlanıb.
İndeks son 24 ay ərzində Şirkətlər Qrupunun müştərilərinin ən çox aldığı məhsulların ümumi qiymət səviyyəsinin dəyişməsini göstərərək 113,5% təşkil edib. Nəticə etibarilə nəzərdən keçirilən dövr ərzində ortalama 13,5% qiymət artımı müşahidə olunub.
“Veysəloğlu Pərakəndə İndeksi”nə görə, 2022-ci ilin avqust ayı üzrə şirkət müştərilərinin ən çox aldığı məhsulların qiymətində keçən ilin avqust ayına nisbətən 19,7% artım müşahidə edilib. Belə ki, tez köhnələn qida məhsullarının qiymətində keçən ilin avqust ayına nisbətən 20,8% artım, quru, dondurulmuş qida məhsullarının, şirniyyat və spirtsiz içkilərin qiymətində 21,1% artım, spirtli içkilər və tütün məmulatlarının qiymətində isə 8,2% artım izlənilib.