11 C
Baku
Sunday, November 17, 2024

Marketlərdəki POS-terminallarla ödəniş ilin ilk yarısında 2 mlrd. manatı keçib

Azərbaycanda ərzaq malları, içkilər və tütün məmulatları üzrə POS-terminallarla ödənişlərin həcmi 2024-cü ilin ilk yarısında 2 mlrd. 310.6 mln. manata yüksəlib.

Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Bu da ötən ilin ilk yarısında qeydə alınmış 1 mlrd. 695.8 mln. manatı 36 faiz üstələmiş olub.

POS-terminallarla aparılan bu ödənişlərin 1 mlrd. 819.9 mln. manatı özəl müəssələrin payına düşüb.

Qeyd edək ki, 2024-cü ilin ilk yarısında ölkənin pərakəndə ticarət dövriyyəsi 7 mlrd. 650.8 mln. manat təşkil edib. Bu öncəkki ilin müvafiq periodunda 6 mlrd. 951.4 mln. manat idi.

Son xəbərlər
Digər xəbərlər