13 C
Baku
Friday, March 29, 2024

Marketoloqun əsas öhdəlikləri

Müasir bazar təxmin edilməzdir. Amma bun baxmayaraq, sərt qanunlarla hərəkət edir. Həmin qanunları bilməklə və onları «istifadə etməklə» biznesdə maksimal nəticəyə çatmaq olar. Bu marketoloqun əsas öhdəliyidir. 

Soyuqqanlılıq yoxsa intuisiya?

«Maksimal nəticə» geniş anlayışdır. Bəs bu mütəxəssis konkret olaraq nə ilə məşğuldur? İlk baxışdan, onların işləri çox darıxdırıcı görünür. Dünya bazarında baş verəni izləmək və araşdırmaq, rəqib şirkətin reklam büdcəsinin nə qədər artdığını hesablamaq və s. Digər tərəfdən isə, onların həll etdiyi hər bir məsələ yaradıcılıq tələb edir. Necə yüksək keyfiyyətli məhsul yaratmaq olar, reklam kampaniyasını necə düzgün şəkildə keçirtmək, məhsulu necə təkmilləşdirmək, kimin vasitəsi ilə məhsuldar lider sistemini təşkil etmək, məhsulun gələcək inkişafını harada gerçəkləşdirmək.

Marketoloqun işi sistemin və biləvasitə insan xasiyyətinin vəhdətidir. Burada iki xüsusiyyət var – texnologiya və incəsənət. Strategiyaların tərtibi, markalaşma- texnologiyadırlar. İncəsənət isə ürək və istedad, təxəyyül gücü tələb edən insanlarla işləməkdir. Axı müştərilərin cəlb edilməsi bir növ ünsiyyət, oyun, şoudur.

Tələbat

Marketologiya ən möhtəbər ixtisaslardan biri hesab edilir. Bunu universitetlərdə yeni ixtisaslaşmış kadrların və fakültələrin açılması da sübut edir. Burada müəllimlərin və idarəetmənin də söz verdiyi kimi də gənc insanlardan «bazarı idarə etmə sahəsində dahilər» yetişdiriləcək.

Marketinq tədqiqatları çox maraqlı professional həyatdır. Lakin marketoloq ixtisasını oxumaq heç də maraqlı deyil, əksinə bir qədər darıxdırıcıdır. Gələcək bitkilərin «toxumları» isə xüsusi təhsilin mərhələsindən əmələ gəlirlər. Lazımi biliklərə sahib olmadan uğura nail olmaq çox çətindir, hətta mümkün deyil. Özünü düzgün şəkildə «təqdim etmək», müdirinizə marketinqin şıltaqlıq olduğunu deyil, müəyyən biznesin inkişafı üçün mütləq iqtisadi cəhətdən zəruri addım olduğuna inandırmaq üçün müəyyən biliklərə sahib olmaq lazımdır. Bacarıqlar özü özlüyündən gəlmirlər, onların formallaşmasında sizə ali məktəb kömək edəcək.

Abituriyent üçün «müqəvva»

Abituriyentlər üçün imtahanlar baş ağrısıdır. Lakin abituriyent öz gücünü imtahandan qabaq bir neçə günə deyil, gələcək 5- 6 ilə də hesab etməlidir.

Sizə təqdim etdiklərimizə əməl edin, bəlkə onlar sizə nəticə çıxartmaqda kömək etdilər.
Hər şey universitetə qəbul olduqdan sonra başlayır. Gələcək ixtisas insanın qarşısına bir çox öhdəlik qoyur. Tələbə həmçinin ümmi iqtisadi qanunları da mənimsəyirlər. Tələbələr şirkətin resurslarını necə daha məhsuldar şəkildə istifadə etməyi və maksimal gəlir əldə etməyi öyrənir. Bunun üçün isə hesablamağı yaxşı bacarmaq lazımdır. Hesablardan başlayaraq tələbələr marketinqin əsaslarını mənimsəməyə başlayırlar.

Riyaziyyatdan və informatikadan savayı ilk iki ilin tədrisinə kompüter elmləri, fəlsəfə, tarix, politologiya da daxildir.

Marketoloqlar nəinki bazarı, məhsulu həm də onları istifadə edənləri idarə etməyi bacarmalıdırlar. Buna görə tələbələr iqtisadi elmləri də öyrənirlər.

Bu marketinq qərarların, marketinq tədqiqatların, rəqiblərin fəaliyyətlərinin təhlili hazırlığıdır.

Elə bu anda fəaliyyət metodları ilə tanışlıq prosesi baş verir: müxtəlif sorğular, test aparma, təhlili tədqiqatlar. Və nəhayət, növbə fəaaliyyətin müxtəlif sahələrində marketinqin əsaslarını öyrənməyə çatır.

Ümumiyyətlə marketinq sırf praktiki bir elmdir.

Son xəbərlər
Digər xəbərlər