8 C
Baku
Wednesday, January 28, 2026

Marko Rubio bu gün Venesuela müxalifətinin lideri Maçado ilə görüşəcək

ABŞ dövlət katibi Marko Rubio Venesuela müxalifətinin lideri Mariya Maçado ilə görüş keçirəcək. Rubionun iş qrafikinə əsasən, danışıqlar Dövlət Departamentində baş tutacaq.

Görüş yerli vaxtla saat 13:00-da (Bakı vaxtı ilə 22:00) keçiriləcək.

Yanvarın 15-də ABŞ prezidenti Donald Tramp da Maçado ilə görüşmüşdü. Venesuela müxalifətinin lideri ona Nobel Sülh Mükafatı medalını təqdim etmişdi. Yanvarın 20-də isə ABŞ lideri Maçadonun fəaliyyətini yüksək qiymətləndirərək, Venesuela ilə bağlı vəziyyətin həllinə onu məmnuniyyətlə cəlb edəcəyini bildirmişdi.

Yanvarın 3-də ABŞ qüvvələri Venesuela prezidenti Nikolas Maduronu və onun həyat yoldaşı Siliya Floresi ələ keçirib. Ölkənin müvəqqəti idarəçiliyi vitse-prezident Delsi Rodrigesə keçib. Tramp bildirmişdi ki, Venesuela üzərində nəzarət bir ildən çox davam edə bilər. O vurğulayıb ki, Maduronun keçmiş tərəfdarlarından ibarət müvəqqəti administrasiya “ABŞ-nin zəruri hesab etdiyi hər şeyi verir”.

Son xəbərlər
Digər xəbərlər