Marqaret Tetçerə fərqli cür yanaşmaq olar, amma onun hələ 20 il bundan əvvəl avro ilə bağlı səhvsiz proqnoz verməsini, həmçinin həmin valyutanın son illər ərzində hansı problemlər ilə üzləşəcəyini, lakonik və dəqiq şəkildə öncədən deməsini heç kəs dana bilməz. Bu haqda Business Insider saytında keçmiş Britaniya nazirinin memuarlarından iki sitat gətirirlər: «Hakimiyyətə yol» (1995) и «Dauninq-stritdəki illər» (1993).Tetçer 1990-cı ildə öz xələfi Con Meycor ilə söhbət zamanı Avrozonaya daxil olmağın mənfi tərəfləri barədə gətirdiyi arqumentləri xatırlayır.
«Hakimiyyətə yol»:
«[Vahid valyutaya keçidin nəticəsi] onunla başa satacaq ki, Almaniya və Fransa daha kasıb ölkələrə subvensiyalar ödəmək məcburiyyətində qalacaq, həmin ölkələr də yardım almaq da israr edəcək, belə ki, onlar öz zəif iqtisadiyyatlarından dolayı zəifləmiş milli valyutaları üzərində qurulmuş rəqabət qabiliyyətini itirəcəklər. Almaniya isə öz inflyasiya səviyyəsinin aşağı olmasını qeydinə çox qalır, bu nüans o, vahid valyutanın xeyrinə alman markasından imtina etdikdən sonra danışıqlar zamanı ona qarşı istifadə ediləcək».
«Dauninq-stritdəki illər»:
«İnflyasiyanın baş verəcəyindən qorxan almanlara, həm də vahid valyutaya keçid zamanı baş verəcək fasadları kompensasiya etməyə heç kəsin yardımçı olmayacağını digər kasıb ölkələrə izah etmək üçün bizim əlimizdə çox ciddi arqumentlər var: axı onların qeyri effektiv iqtisadiyyatları sadəcə vahid valyuta ittifaqı nəticəsində məhv olacaq».
Business Insider müəllifləri qeyd edirlər ki, biri var ki, avronu tənqid edib və britaniyalalıların Avrozonaya daxil olmaması üçün təbliğat aparasan, necə ki, bunu həmin dövrdə bir çox Britaniya yazarları edirdi. Bir də var ki, -dəqiq və qısa şəkildə Avrozonanın başlıca probleminin dəqiq nə olacağını aydın şəkildə öncədən görə biləsən.