21 C
Baku
Saturday, September 28, 2024

Marriot dünyanın nəhəng otel şəbəkəsinə çevrilir

Marriott International Inc. ÇXR-nın Maliyyə nazirliyindən razılıq əldə edərək Starwood Hotels ilə birləşmək müqaviləsini bağladı. Nazirlik tənzimləyici olduğundan onun təsdiqi müqavilə üçün mühüm əhəmiyyət daşıyırdı. Müqavilənin dəyəri isə 13,6 milyard dollar təşkil edir.

Starwood Hotels-in səhmləri 23 sentyabrda Nyu-York fond birjasında hərracın hələ başlamasından əvvəl ticarətdə iştirakı dayandıracaq. Səhmdarlar Starwood Hotels-də sahib olduqları hər səhmə görə 21 dollar və yeni şirkətin 0,8 səhmini əldə edəcək. Birləşmiş strukturun 34%-lik paketi onların nəzarətində olacaq.

Nəticədə Marriott 1,1 milyon otaqla 5,5 min oteldən və 36 milyard dollar səviyyəsində olan bazar dəyəri ilə dünyanın nəhəng otel şəbəkəsinə çevriləcək. Beləliklə, 4,5 otel və 735 otel nömrəsinə sahib Hilton Worldwide ikinci pilləyə enir.

2016-cı ilin mart ayında 1,3 min otel və 370 min otel nömrəsinə sahib olan Starwood Hotels-i bir qrup çinli investor, həmçinin sığorta holdinqi olan Anbang Insurance Group əldə etmək istəyirdi. Bu zaman Marriot 12,8 milyard, onlar isə 13,2 milyard dollar təklif edirdilər. Bundan sonra Starwood Hotels Marriott ilə olan müqaviləsinə xitam vermək niyyətində olduğunu elan etmişdi. Marriott isə əvəzində müqavilə üçün təklif etdiyi məbləğə 400 milyon dollar da əlavə etdi.

Son nəticədə isə qalib gələn tərəf Marriott oldu.

Son xəbərlər
Digər xəbərlər