21 C
Baku
Monday, August 15, 2022

“Marriott” Rusiyada fəaliyyətini dayandırır

Amerikanın “Marriot” hotel şəbəkəsi Rusiyada investisiyaları və yeni obyektlərin açılışını dayandırmaq qərarını verib. Şirkət mövcud mehmanxanaları açıq saxlamaq üçün “bütün imkanları” nəzərdən keçirdiyini açıqlayıb. Xatırladaq ki, daha əvvəl “Hilton” və “Hyatt” da Rusiyada fəaliyyətini dayandırıb.

“Rusiyadakı hotellərimiz üçüncü tərəf dövlətlərə məxsusdur, biz onların açıq qalma ehtimalını qiymətləndirməyə davam edirik”, – şirkət bildirib.

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Qərb Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Sanksiyalar çərçivəsində bir çox şirkətlər Rusiya bazarını tərk etməyə başlayıb. Onlar arasında kafe və restoranlar şəbəkələri “KFC”, “Starbucks” və “McDonald’s”, tütün şirkətləri “Philips Morris” (IQOS, “Parliament”, “Malboro”), “Imperial Brands” və “British American Tobacco” (“glo”, “Kent”, “Lucky Strike”), İT korporasiyalar “Google”, “Apple” və “Microsoft” yer alır.

Son xəbərlər
Oxşar xəbərlər