“Mars Overseas Baku LTD” MMC “Şərur” Mənzil-Tikinti Koopeativi ilə bağlı məhkəməyə müraciət edib.
Banker.az xəbər verir ki, “Mars Overseas Baku LTD” MMC bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.
Şirkətin müraciətindəki işin mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisələr qaynaqlanır, işə baxan hakim Leyla Əliyevadır.
Qeyd edək ki, “Mars Overseas Baku LTD” MMC 1999-cu ildən Azərbaycanda “Pepsi” və digər adlar altında sərinləşdirici içkilərin istehsalçısıdır.