8 C
Baku
Friday, December 13, 2024

“Mars” şirkəti “Pringles” çips istehsalçısını 27 mlrd. dollara alır

“Mars” şirkəti “Pringles” brendinin sahibi “Kellanova”nı almaq imkanlarını araşdırır. Bu barədə bazar günü mənbələrə istinadən “Reuters” məlumat yayıb.

Müqavilə 2024-cü ildə istehlak sektorunda ən böyüklərdən biri ola bilər. Onun dəyəri 27 milyard dollar dəyərində qiymətləndirilir. Agentlik danışıqların davam etdiyini və yekun qərarların hələ verilmədiyini qeyd edib.

Eyniadlı şokolad çubuqları, eləcə də digər qənnadı məmulatları (“Bounty”, “Milky Way”, “Twix”, “Snickers”, M&M’s, “Skittles”) ilə yanaşı, “Mars” həmçinin “Orbit” və “Wrigley’s” saqqız brendlərinə sahibdir.

Son xəbərlər
Digər xəbərlər