33 C
Baku
Thursday, July 31, 2025

“Mars” şirkətinin məhsullarının Rusiyada satışı dayandırılır

Rusiyada ABŞ-nin “Mars” şirkətinin şirniyyatları artıq satışda olmayacaq.

Bu barədə “RBC.ru” məlumat yayıb.

Məlumata əsasən, “X5 Group şirkəti “Mars” şirkətinin istehsal etdiyi “Snickers”, “Mars”, “Bounty”, “Milky Way”, “Twix” şokoladları, “M&M’s” və “Skittles” konfetlərinin tədarükünü dayandırır.

Eyni zamanda “Orbit” və “Eclipse” saqqızlarının tədarükü də dayandırılacaq.

Bu qərara səbəb kimi, “Mars”ın Rusiyadakı törəmə şirkətinin satış qiymətlərini həddindən artıq şişirtməsi göstərilib.

Artıq “Mars” şirkəti vəziyyətin mümkün həllini tapmaq üçün məsələnin həllinə səy göstərildiyini açıqlayıb.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər