4 C
Baku
Monday, December 23, 2024

Mars şirkətinin vitse-prezidenti Nigar Mahmudovanın biznes qaydaları

Bakıda anadan olan Nigar Mahmudova MDU-nin biologiya fakultəsini qırmızı diplomla bitirmiş, molekulyar biologiya üzrə dissertasiya işi yazsa da, onu müdafiə etməmişdir. 1990-ci illərin ortalarında Mahmudova əczaçılıq şirkətində satış nümayəndəsi kimi işləmiş, daha sonradan təqaüd əldə edərək İngiltərədə təhsil almağa yollanmışdır. 1998-ci ildən Mahmudova Mars, Inc. şirkətində çalışır. 15 il ərzində o karyeranın 8 pilləsini keçmişdir. Hazırda Nigar Mahmudova ailəsi ilə birlikdə Brüsseldə yaşayır.

— Qazandığınız ilk məbləğ:

Mənim hər zaman işləmək arzum olub, lakin bu heç vaxt maddiyat ilə bağlı olmayıb. Buna görə də artıq I kursda MDU-də öz kafedramızda yarım ştat laborant olaraq işləməyə başladım. Orada mən sınaq şüşələrini yuyurdum və 40 rubl maaş alırdım.

— Nə vaxtdan etibarən Mars-da işləyirsiniz?

Həmişə məhz Mars-da işləmək istəyirdim. Mən daima Rusiya bölmələrinə öz rezümemi göndərirdim, lakin məni heç ilk müsahibəyə də çağırmırdılar. 1998-ci ilin may ayında mənim 30 yaşım tamam oldu və artıq mənim müxtəlif şirkətlərdən əldə etdiyim 7 illik iş təcrübəm var idi. Bu zaman mən gənc mütəxəssislər üçün vakansiya yarmarkasına gəldim və nəhayət Mars şirkətində brend-menecer vəzifəsini əldə etdim. Karyera pilləsində irəliləmək üçün mənim şəxsi strategiyam var: özün irəliləmək üçün, müdirə irəliləməkdə kömək etmək lazımdır. Mən öz işimi yaxşı yerinə yetirirdim. Buna görə də, mənim rəhbərimin vəzifəsini qaldırdıqda, mən onun ardınca irəliləyirəm.

— Rəhbər – bu təhsil və ya xarakterdir?

Rəhbər – güclü xarakterin və yaxşı təhsilin birləşməsidir. Təhsil çətin situasiyalarda öncədən hazırlanmış qərar qəbul etmək imkanı verir və bu da səhv etmək şanslarını azaldır. Lakin hər şey xarakterdən – böyümək və inkişaf etməkdən başlayır.

— Rəhbərlik etməyə kömək edən əsas keyfiyyətlər:

-Mənim rəhbərlik devizim – “ürəyi cəlb et, şüuru stimullaşdır”. Rəhbər ən çətin strategiyanı belə asan və aydın şəkildə əməkdaşlarına çatdırmalıdır. Əlbəttə, bu başqalarının ideyalarına qulaq asmağı bacarmadan mümkün deyil.

— İşə mane olan keyfiyyət:

— Mən kifayət qədər qapalı insanam, mənim fəaliyyət sahəm isə insanlarla daim ünsiyyətdə olmağı tələb edir. İlk vaxtlar mənə çox çətin idi, lakin uzun illər öz üzərimdə işləməyimin nəticəsi olaraq çox ünsiyyətcil bir insana çevrildim.

— Hazır ki vəzifənizdə qəbul etdiyiniz ən çətin qərar:

— Mənim üçün ən çətin qərar marketinq üzrə qlobal vitse-prezident vəzifəsinə razılaşmağım oldu. Çünki bu da kifayət qədər açıq bir mövqe idi. Mən bütün sistemi sıfırdan yaratmalı oldum.

— Məşhur insanlardan kim sizin xarakterinizə təsir edib?

— Mahatma Qandi. O son məqsədi çox dəqiqlikdə müəyyənləşdirməyi sayəsində digərlərini ardıyca apara bilib. Bununla yanaşı, o əmin etmirdi, ilhamlandırırdı.

— Öz rəhbərinizdən nələri öyrənmisiniz?

—Mənim indiki rəhbərim həftədə iki dəfə öz əməkdaşlarına zəng edərək, sadəcə işlərin necə olduğunu soruşur. Bu çox cəzbedicidir və öz əməkdaşlarınla bunu etməyə başlayanda, işləmək daha da asanlaşır.

— Qadın idarə etmə tərzi kişi idarə etmə tərzindən nə ilə fərqlənir?

—Mən tərzlər arasında deyil, insanlar arasında fərq görürəm. Mən əminəm ki, qadın rəhbər “yubkada kişi kimi görünməkdənsə” öz qadınlığından güc kimi istifadə etsə, daha çox şeylərə nail olacaq.

— Qadınları idarə etmək daha asandır, yaxud kişiləri?

— Bu bir reklam çarxıbdakı kimidir : “Sizin hansı oğlanlardan daha çox xoşunuz gəlir: sarışın ya qaraşın? – Mənim ağıllılardan xoşum gəlir.

— Rəhbər məsafəni qorumalıdır, yaxud işçiləri ilə dostluq etməlidir?

— Rəhbərlə işçilər arasındakı münasibətlər qarşılıqlı hörmət və inama söykənməlidir. Açıq ofislər – bu bizim şirkətimizin bütün dünya üzrə olan standartıdır.

Mars-da heç kimin ayrıca kabineti yoxdur. Bütün bunlar açıq ünsiyyəti maneələr olmadan stimullaşdırmaq üçün nəzərdə tutulub. Bir çox şirkətlər açıq qapı siyasətindən danışır, biz də isə o yoxdur, çünki bizdə heç qapı da yoxdur.

— Demokratiklik və familyarlıq arasındakı sərhəd necə müəyyən olunur?

— Demokratiklik – bu o mühitin yaradılmasıdır ki, burada əməkdaş hiss edir ki, onun fikri vacibdir və nəzərə alınır. Familyarlıq isə – ünsiyyət tərzidir və tərəflərdən birinin rəyinin daha önə çəkilməsidir.

— Sevdiyiniz biznes sitat və yaxud deviz:

— Mənim həyat tərzimə və ruhuma uyğun gələni Mahatma Qandinin bu cümlələridir: – “Məqsədini tap, resurslar tapılacaq”. Mənim məqsədim – insanların və onların ev heyvanlarının həyatını daha yaxşı etməkdir.

— Beş ildən sonra özünüzü harda və kim olaraq görürsünüz?

— Mən özümü xoşbəxt qadın olaraq görürəm – sevən və sevilən qadın və həyata yeni layihələr və ideyalar gətirən ana. Düşünürəm ki, qadınlar bu haqda fikirləşməkdə haqlıdırlar: “5 il sonra indi göründüyüm kimi görünmək istərdim” və yaxud “istərdim ərim 5 ildən sonra da məni belə sevsin”.

— Karyerada uğur qazanmaq istəyən qadınlara məsləhətiniz:

— Sevdiyiniz işi görün və etdiyinizi sevin. Səhvlər etməkdən qorxmayın. Düzəltmək mümkün olmayan yeganə səhv – etməyə cəhd göstərmədiyiniz şeylərdir.

— Uğura nail olmaq yolunda nələri etmək lazım deyil?

— Yalnız karyeradan asılıb qalmaq lazım deyil. Mən heç vaxt növbəti vəzifəmin nə olacağını planlaşdırmıram. Xoşuma gələn şeyləri edirəm və bundan zövq alıram. Sabah hər şey yaxşı olacaq ümidi ilə yaşamaq lazım deyil, çünki sabahlar tükənmir. İndiki zamanla yaşamaq və etdiyiniz işləri secmək lazımdır. Belə olduqda karyera da uğurla qurulacaq, daxili konflikt də olmayacaq.

— Ailə və karyeranı necə vəhdətdə saxlamaq lazımdır?

— Əvvəldən yaxşı infrastruktur yaratmaq mütləqdir. Məsələn, hər hansı bir gün evdə qalmalı olduğunda, işdə hər şeyi sakit şəkildə yoluna qoya biləcək komanda olmalıdır. Və əksinə, evdə öncədən yaradılmış nizam-intizam varsa, işdə gec saatlara qədər qala bilərsən.

Son yarım ildə qlobal mövqedə fəaliyyət göstərdiyimdən çox sayda məzuniyyətlərim olur. Lakin mən öz cədvəlimdə hər axşam evə zəng etməli olduğumu da qeyd edirəm. Hər gün qızlarım, yoldaşım, valideynlərimə zəng edirəm. Hətta iş görüşüm olsa belə, heç nə mənə 15 dəqiqəlik fasilə edib onlara zəng etməyimə, yaxud Skype vasitəsilə əlaqə yaratmağıma mane olmur.

Son xəbərlər
Digər xəbərlər