13 C
Baku
Monday, May 20, 2024

Marsa uçuş reallaşır: Mühərrik sınaqdan çıxarıldı

ABŞ-ın özəl “SpaceX” şirkəti ilk dəfə olaraq planetlərarası uçuşlar üçün nəzərdə tutulan “Raptor” mühərrikini sınaqdan çıxarıb.

CNBC-yə istinadən xəbərə görə, mühərrikin uğurlu sınağı barədə öz “Twitter” səhifəsində “SpaceX”ın sahibi İlon Mask (Elon Musk) yazıb.

“Raptor” mühərriki maye metanla çalışır. O, böyük ehtimalla Mars missiyası üçün “Dragon” raketində istifadə olunacaq. İ. Mask bildirib ki, “Raptor” “Falcon 9” raketində istifadə olunan “Merlin” mühərrikindən üç dəfə güclüdür.

Mühərrikin sınağı İ. Maskın Marsa uçuş missiyası ilə bağlı çıxışı ərəfəsində həyata keçirilib. CNBC-nin xəbərinə görə, iş adamı sabah Meksikanın Qvadalahara şəhərində keçiriləcək Beynəlxalq Astronomiya Konqresində 10 il ərzində Marsın məskunlaşdırılmasına başlamaq niyyətini bəyan edəcək və bu çərçivədə “Marsın məskunlaşdırılması üçün nəqliyyat” layihəsindən danışacaq. 2018-ci ildə Marsa pilotsuz uçuş həyata keçirmək, 2020-2025-ci illər ərzində isə qırmızı planetə 100 insan göndərmək planlaşdırılır.

Lent.az

Son xəbərlər
 ⁠
Digər xəbərlər