Mart ayında qeyri-iş günləri bəlli oldu – RƏSMİ

Bu ilin mart ayındakı bayramlarla əlaqədar 9 gün qeyri-iş günü olacaq.

Martın 8-i (Beynəlxalq qadınlar günü) bazar gününə təsadüf etdiyi üçün, martın 9-u qeyri-iş günü hesab ediləcək.

Bundan başqa Novruz bayramında ölkə əhalisi bir həftə (7 gün) istirahət edəcək. Belə ki, Novruz bayramı ilə əlaqədar martın 20-dən 24-dək qeyri-iş günləridir.Lakin martın 21 və 22-si şənbə və bazar günlərinə təsadüf etdiyi üçün 25-i və 26-sı da qeyri-iş günü olacaq.

Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.

Lent.az

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər