Martın 10-u da qeyri-iş günü sayılacaq.
Nazirlər Kabinetinin ötən ilin dekabrında verdiyi qərara əsasən, bu il martın 20-i, 21-i, 22-si, 23-ü və 24-ü Azərbaycanda Novruz bayramı günü kimi qeyd olunacaq.
Martın 22-si və 23-ü şənbə və bazar günlərinə (qeyri-iş günləri) düşdüyü üçün martın 25-i və 26-sı da ölkədə qeyri-iş günü olacaq.
Bundan başqa, 8 mart tarixi də şənbə gününə düşdüyü üçün martın 10-u da qeyri-iş günü sayılacaq.
Beləliklə, Azərbaycanda gələn ay 10 günə yaxın bayram edəcəyik.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli Lent.az-a verdiyi açıqlamada qeyd edib ki, bayram günləri ilə bağlı hələlik hansısa dəyişiklik edilməyib:
“Nazirlər Kabinetinin ötən ilin dekabrında imzaladığı qərarda hələlik hər hansı bir dəyişiklik yoxdur”.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.