Azərbaycanda 2019-cu ilin mart ayında aksiz vergilərdən büdcəyə daxilolmaların həcmi hətta yanvar və fevral aylarının cəmindən az qala iki dəfə çox olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər veirir ki, aksiz vergilərdən daxil olma yanvar-fevral aylarında toplam 28,91 mln. manat təşkil etdiyi halda, ötən mart ayında 48,16 mln. manat təşkil edib.
Ümumilikdə isə cari ilin ilk rübündə aksiz vergilərdən daxil olmaların həcmi 77 mln. manatı ötüb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə kəskin böyümənin olması deməkdir. Məlumat üçün qeyd edək ki, ötən ilin ilk rübündə cəmi 27 mln. manat təşkil edirdi ki, bu hətta cari ilin ilk iki ayındakı rəqəmdən belə azdır.
Aksiz vergilərin cəmi büdcə daxilolmalarda payı ötən ilin müfafiq dövründə 3,8% pay sahibinin olduğu halda bu il bu rəqəm 7,6%-ə qədər artıb.
Xatırladaq ki, 2019-cu ilin I rübündə cəmi büdcə daxilolmalarının həcmi mart ayında 1 mlrd. manatı ötüb.