16 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Martda Azərbaycan və İran müştərək avtomobil zavodunun açılışı olacaq

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycan və İran müştərək avtomobil istehsalı zavodunun rəsmi açılışı bu ilin mart ayında baş tutacaq.

Bunu mənbənənin Tehran bürosuna açıqlamasında “İran Xodro” şirkətin baş direktoru Haşim Yekke Zare deyib.

O deyib ki, bu müştərək şirkət Azərbaycanla birgə yaradılıb. Qeyd edək ki, avtomobil zavodu Neftçala sənaye məhəlləsində fəaliyyət göstərəcək.

“Şirkətdə İran tərəfi 25%, Azərbaycan tərəfi isə 75% paya malikdir. Şirkət Rana və Dena tipli avtomobillər istehsal edəcək”, – deyə baş direktor vurğulayıb.

Haşim Yekke Zare qeyd edib ki, zavod fəaliyyətə başladıqdan sonra Azərbaycan tərəfi investisiya yatırarsa, bu ölkədə avtomobil hissələri də istehsal ediləcək.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər