11 C
Baku
Monday, April 28, 2025

Martda Azərbaycanda bank kartlarının sayı 221 min ədəd artıb

Banklar və “Azərpoçt” MMC sistemləri üzrə mart ayının sonunda dövriyyədə olan ödəniş kartlarının sayı ötən aya nəzərən 221 min ədəd artaraq 20 milyon 460 min ədəd təşkil edib.

Banker.az xəbər verir ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 17.4% artıb.

Ödəniş kartlarında artım debet kartları üzrə 20.1%, kredit kartları üzrə 0.01% təşkil edib.

Ay ərzində ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 dəfə artıb. 2025-ci ilin mart ayı ərzində kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,562 mln. manat təşkil edib.. Həyata keçirilən nağdsız ödənişlərin 5,668 mln. manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 890 mln. manatı POS-terminallar, 2.5 mln. manatı isə özünə xidmət terminalları vasitəsilə gerçəkləşdirilib. İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər