8 C
Baku
Sunday, November 17, 2024

Martda Azərbaycanda gündəlik xam neft hasilatı 579.4 min barel olub

2022-ci ilin martında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 696.4 min barrel olub. Bunun 579.4 min barrelini xam neft, 117.0 min barrelini isə kondensat təşkil edib.

Bu barədə Banker.az-a Energetika Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 25-ci iclasında qəbul edilmiş qərara əsasən, Azərbaycanda gündəlik xam neft hasilatının 2022-ci ilin mart ayında daha 7 min barrel artırılaraq 675 min barrelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 43 min barrel həcmində olması nəzərdə tutulurdu.

Son xəbərlər
Digər xəbərlər