2021-ci ilin mart ayında Azərbaycanda toplanılmış 248 milyon 989 min manat sığorta haqqının 197 milyon 568 min manatı və yaxud 79.3%-i 5 sığorta şirkətinin payına düşüb.
Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına görə, həmin şirkətlər “PAŞA Sığorta” (79 291 min manat), “PAŞA Həyat Sığorta” (53 201 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (38 088 min manat), eləcə də “Qala Sığorta” (16 232 min manat) və “Atəşgah Həyat Sığorta” (10 756 min manat) ASC-lərdir.
Mart ayında ən az yığım edən şirkətlər isə “Naxçıvansığorta” (439 min manat), “Meqa Həyat Sığorta” (76 min manat) sığorta şirkətləridir.