11 C
Baku
Thursday, April 17, 2025

Martdakı 13 günlük tətil büdcəyə qənaət etdirdi: ₼165 milyon xərclənmədi

2025-ci ilin birinci rübü üzrə dövlət büdcəsinin xərcləri 8 milyard 280 milyon manat proqnoza qarşı 8 milyard 115 milyon manat, yəni 98 faiz icra edilib.

Banker.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Cari ilin yanvar-fevral aylarında dövlət büdcəsi xərclərinin artıqlaması ilə icra edilməsinə baxmayaraq, mart ayında iş günlərinin sayının az olması səbəbindən (13 iş günü) xərclər I rübün proqnozuna qarşı 2 faiz, yəni 165 milyon manat az yerinə yetirilib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart ayları üzrə dövlət büdcəsinin gəlirləri 9 milyard 733,4 milyon manat təşkil edib ki, bu da rüblük proqnozdan 171,4 milyon manat və ya 1,8 faiz çox olub.

Son xəbərlər
Digər xəbərlər