Bu il oktyabrın 30-na Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 6 467.8 milyon ABŞ dolları təşkil edib.
Banker.az-ın məlumatına görə, bu, sentyabrın 30-u ilə müqayisədə 0.3% azdır. Bu azalma dinamikası isə mart ayından bu tərəfə ilk dəfə qeydə alınıb.
Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə 3.3%, illik müqayisədə isə 5.3% artıb.